17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Təhsil Nazirliyindən dərsliklərlə bağlı ÇAĞIRIŞ
Təhsil Nazirliyi təhsil işçiləri, ziyalılar, valideynlər və bütün digər maraqlı tərəfləri dövlət ümumtəhsil müəssisələri üçün hazırlanan dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesində aktiv iştirak etməyə çağırıb.
Emtv.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, 2019-2020-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanmış, IV və VIII sinifləri üçün isə təkmilləşdirilmiş dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir.
2019-cu ilin aprel ayının ortalarından başlamış proses iyul ayının ortalarına qədər davam edəcək. Hazırda ən çox baxış sayının I sinif "Azərbaycan dili (tədris dili)" dərslik layihəsinə aid olduğu müşahidə edilir:
"Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsində iştirak etmək istəyənlər www.trims.edu.az saytının "İctimai müzakirədə olanlar" bölməsinə daxil olmaqla yerləşdirilən istənilən layihəni oxuya bilər, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri azaraq prosesə öz töhfələrini verə bilərlər. İrad və təkliflər derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər.
Təhsil Nazirliyi bir daha alimləri, təhsil işçilərini, ziyalıları, valideynləri və bütün digər maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələrinə dair öz arzu, irad və təkliflərini bildirməyə dəvət edir".
Aysu Əliyeva
Emtv.az