17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Tələbələrin köçürülməsi prosesi davam edir
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir.
Emtv.az xəbər verir ki, Təhsil Nazirliyindən apa-ya verilən məlumata görə, iyulun 17-dən başlayan bu proses transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Bu günədək 600 nəfər tələbə orta ixtisas, 2200 nəfər isə ali təhsil müəssisələrinə köçürülmək üçün elektron portaldan qeydiyyatdan keçib. Tələbələr ölkənin istər dövlət və istərsə də özəl ali təhsil müəssisələrinə köçürülə bilərlər. Həmçinin, tələbələr eyni ixtisas qrupu çərçivəsində də yerdəyişmə edə bilərlər.
Təhsil Nazirliyindən “Təfəkkür” Universitetinin tələbələrinin köçürülməsi ilə bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib ki, digər ali təhsil müəssisələri kimi, “Təfəkkür” Universitetində təhsil alan tələbələrin də başqa universitetlərə köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə fərdi qaydada həyata keçirilir. “Təfəkkür” Universitetinin tələbələri qeydiyyat zamanı yaranan suallarla bağlı Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə və Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) müraciət edə bilərlər. Universitetin tələbələrinə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz köçürülməsi üçün lazımi şərait yaradılıb.
Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.
Qeyd edək ki, transfer.edu.az portalı vasitəsi ilə tələbələrin köçürülməsi prosesi avqustun 15-dək davam edəcək.
Emtv.az