17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“NAMİQ ABBASOV İNSULT KEÇİRDİYİNDƏN DANIŞA BİLMİR” – Sabiq nazirin yaxınları
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun səhhətində yaranmış ciddi problemlər hələ də qalmaqdadır.
Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuata sabiq nazirin yaxınları məlumat verib.
İnsult keçirən eks-nazirin vəziyyəti tam yaxşılaşmayıb.
Qeyd edək ki, sayt Namiq Abbasovdan vaxtilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində yetişmiş və nazir müavini vəzifəsinədək yüksəlmiş Əli Nağıyev kimi peşəkar zabitin yenidən xüsusi xidmət orqanın rəhbərliyinə qaytarılmasına münasibət öyrənmək istəyib.
Lakin yaxınları bildiriblər, son vaxtlar səhhətində ciddi problem yaranmış və insult keçirmiş sabiq nazir hazırda özünü piss hiss etdiyindən danışa bilmir. Hətta onun hazırda mobil telefon belə, işlətmədiyi qeyd edilib.
Qeyd edək ki, Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.
Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.
Sevinc Əlimova,
Emtv.az