SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

MAHMUDOV CANGÜDƏNLƏRİNİ İŞƏ QAYTARIR – Nə baş verir?

18-04-2017, 10:44 | Oxunub: 8 001 |

MAHMUDOV CANGÜDƏNLƏRİNİ İŞƏ QAYTARIR – Nə baş verir?
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbəri Eldar Mahmudov şəxsi mühafizəsini gücləndirib.

Bakipost.az-ın əldə etdiyi məlumata görə, sabiq nazir Nardarandakı imarətindən köçərək, Badamdardakı malikanəsinə yerləşib. MTN şefinin köç etdikdən mühafizəçilərinin sayını artırdığı qeyd olunur. Keçmiş nazir hətta vəzifədən getdikdən sonra işdən çıxardığı cangüdənlərini də işə qaytarıb.

Mühafizəçilərə imarətdən çox da uzağa getməmələri tapşırılıb. Onlar E.Mahmudovun villasında qalır, ərazidən ayrılmamaq məqsədilə idmanla məşğul olmaq üçün belə evin yaxınlığındakı “The Crescent Beach” və “Badamdar” oteldəki idman zallarına gedirlər.

MTN şefinin Nardarandan Badamdara köçməsinin səbəbləri açıqlanmasa da, onun qeyri-rəsmi ev dustağı olduğu bildirilir. Ölkədən çıxışı yasaqlanan sabiq nazirin Azərbaycan ərazisində də sərbəst hərəkəti məhdudlaşdırılıb. Lakin bir müddət əvvəl E.Mahmudovun Bakı küçələrindən birində öz maşınında göründüyü ilə bağlı məlumat yayılmışdı.

Qeyd edək ki, E.Mahmudov 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyinə rəhbər təyin olunub. 2015-ci il oktyabrın 17-də isə vəzifəsindən kənarlaşdırılıb. Daha sonra isə MTN ləğv edilib, nazirliyin vəzifəli şəxsləri işdən çıxarılıb, bir çoxu isə müxtəlif cinayətlərdə ittiham olunaraq həbs olunub. MTN-in yerində Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR