SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət etdi

22-06-2019, 16:27 | Oxunub: 14 372 |

Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət edib.

Emtv.az xəbər verir ki, müraciətdə deyilir: "Əziz həmkarlar! Son 25 ildən artıq bir müddətdə sıralarında çiyin-çiyinə birgə xidmət etdiyimiz daxili işlər orqanları ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq mətinləşmiş, zamanın çətin sınaqlarından şərəflə çıxmış, Vətənə və xalqa xidmət missiyasını sədaqətlə yerinə yetirmişdir.

Dövlətin Konstitusiya quruluşunun əsaslarının müdafiəsində xüsusilə fərqlənərək onun dayaqlarından birinə çevrilmiş, dəyərli ənənələr yaratmışdır.

Sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əvəzsiz diqqət və qayğısı sayəsində daha da inkişaf etmiş, müasirləşmişdir. Qloballaşan dünyanın yeni çağırış və təhdidlərinə adekvat cavab verməyə qadir olan daxili işlər orqanları bu gün xalqa, Vətənə, dövlətə və andına sadiqliyi ilə seçilir, Zati-alilərinin inam və etimadını doğruldur. Eyni zamanda, cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması sahəsində üzərinə düşən vəzifələri, qarşıya qoyulmuş tapşırıqları yüksək məsuliyyət hissi və ləyaqətlə yerinə yetirərək möhtərəm Prezidentin rəhbərliyi altında ölkəmizin ən təhlükəsiz məkanlardan birinə çevrilməsi üçün olduqca əhəmiyyətli bir fəaliyyət ortaya qoyur.

Ölkə Başçısının cari ilin iyun ayının 20-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi kimi yüksək və məsul dövlət vəzifəsinə təyin olunmağımla bərabər, uzun illər birlikdə çalışdığım, xalqına, dövlətinə, Prezidentinə bağlılığı və sədaqəti, böyük peşəkarlığı, idarəçilik və rəhbərlik bacarığı ilə seçilən nazirin birinci müavini polis general-leytenantı Vilayət Eyvazovun Daxili İşlər naziri təyin edilməsi məni xüsusilə sevindirdi.

İnanıram ki, Siz, Daxili İşlər naziri Vilayət Eyvazovun rəhbərliyi ilə bundan sonra da doğma Azərbaycana əzmlə xidmət edəcək, sabitliyin, vətəndaşlarımızın qanunla qorunan hüquq və azadlıqlarının keşiyində dəyanətlə duracaqsınız. Milli maraqları, dövlətçilik mənafelərini daim uca tutacaq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, xalqımızın dinc həyatının və asayişinin qorunmasına layiqli töhfələr verəcəksiniz.

Fəxr edirəm ki, respublikamızda əmin-amanlığın, sabitliyin bərqərar olunmasında nazir kimi mənə hər zaman yardımçı oldunuz, cəmiyyətdə polisin və Daxili Qoşunların nüfuzunun yüksəlməsi üçün səy və bacarığınızı əsirgəmədiniz. Gecəli-gündüzlü, yorulmaz və fədakar xidmətiniz daxili işlər orqanlarına xalqımız qarşısında şərəf və başıucalıq gətirdi. Bütün bunlara görə Sizin hər birinizə dərin təşəkkürümü bildirir, möhkəm can sağlığı, ailə səadəti, Azərbaycan Respublikasına xidmətdə yeni-yeni uğurlar arzulayıram".

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR