18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
RAMİL USUBOV DİN-in QARŞISINDA DURAN ƏSAS VƏZİFƏLƏRİ AÇIQLADI
Bu gün Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib.
"EMTV.az" xəbər verir ki, iclasa yekun vuran daxili işlər naziri Ramil Usubov 2015-ci ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında kriminogen durumda baş verən dəyişikliklərə çevik reaksiya verilməməsi, kollegiya qərarlarında qarşıya qoyulmuş tapşırıqların tam və keyfiyyətli icra edilməməsi kimi ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu da nəzərə çatdırıb, tədbir iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin, qarşıda duran vəzifələrə yönəldib, konkret tapşırıq və tövsiyələrini verib.
Nazir cari ildə respublikamızda dövlət əhəmiyyətli bir çox kütləvi tədbirlərin, o cümlədən idman yarışlarının və beynəlxalq forumların keçirilməsinin nəzərdə tutulduğunu xatırladaraq, bu baxımdan, ərazi orqanlarında, nizami polis hissələrində və Daxili Qoşun bölmələrində bütün təşkilati tədbirlərin vaxtında icra edilməsinin, qüvvə və vasitələrin hər bir tədbir ərəfəsində tam hazırlıq vəziyyətində olmasının əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, dini düşmənçilik, radikalizm və fanatizm zəminində ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərin törədilməsi, qanunsuz silahlı birləşmələrin yaradılması və onlarda iştirak edilməsi, terror fəaliyyətinin həyata keçirilməsi, milli, sosial və dini nifrətin salınması, dini ekstremist materialların hazırlanması və yayılması kimi əməllər də vaxtında aşkar edilməli və bütün hallarda qarşısı qətiyyətlə alınmalı, bu istiqamətdə əməliyyat-axtarış tədbirləri müvafiq hüquq mühafizə və xüsusi xidmət orqanları ilə əlaqəli şəkildə aparılmalıdır.
Ümumən, cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş uğurların inkişaf etdirilməsi, xidməti fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün daxili işlər orqanları daha böyük əzmlə çalışmalı, peşəkarlığını yüksəltməli, həyata keçirilən tədbirlərin effektivliyi artırılmalıdır. Cinayətkarlığın səviyyəsinin minimuma endirilməsi üçün profilaktik iş yaxşılaşdırılmalı, səmərəsi yüksəldilməli, qabaqlayıcı tədbirlər ünvanlı aparılmalıdır. Həmçinin, ailə münaqişəsi zəminində və əvvəllər məhkum olmuş şəxslər tərəfindən törədilən cinayətlərin profilaktikası gücləndirilməli, habelə, narkomanlığın yayılmasının qarşısının alınması sahəsində aparılan izahat işləri yeni keyfiyyət səviyyəsinə yüksəldilməlidir.
Ramil Usubov qarşıda duran başlıca vəzifələr olaraq, ilk növbədə, insan hüquq və azadlıqlarının etibarlı qorunmasının, xalqa xidmət funksiyalarının genişləndirilməsinin, müasir texnologiyaların tətbiqinin, qanunçuluğun möhkəmləndirilməsinin ardıcıllıqla həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
Daxili işlər naziri şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, əməkdaşlar və hərbi qulluqçular bundan sonra da bütün qüvvələrini ölkədə ictimai asayişin yüksək səviyyədə qorunmasına səfərbər edəcək, insan hüquq və azadlıqlarının, vətəndaşların qanuni mənafelərinin təmin edilməsi işini 2016-cı ildə də böyük məsuliyyət hissi ilə yerinə yetirəcəklər.