18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Həbsdə olan dünya çempionu son söz üçün vaxt istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Bəhruz Dilbazinin nümayəndəsi çıxış edərək təqsirləndirilən şəxsə daha ağır cəza verilməsini istəyib.
Ehram Məcidovun vəkilləri çıxışlarında müvəkilləri barəsində verilən ittihamın Cinayət Məcəlləsinin 127-ci ( sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilməsini xahiş ediblər.
Prosesdə təqsirləndirilən şəxsə son söz verilsə də, o, çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə iyunun 25-də davam edəcək.
Xatırladaq ki, prokuror çıxış edərək Ehram Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib.
Qeyd edək ki, Ehram Məcidov qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Aynurə Kərimova,
Emtv.az.