18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Kürəkənini kimyəvi turşu ilə yandıran qadın barəsində qərar verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Kəmalə Əsədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslə bağlı qərar çıxarılıb.
Qərara əsasən, K.Əsədovanın barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.
İttihama görə, K.Əsədova ötən ilin əvvəlində gecə saatlarında kürəkəni Qarayev Tərlan Ağali oğlunun kirayə qaldığı evə gələrək, yatdığı yerdə onu kimyəvi turşu ilə yandırıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
K.Əsədova barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Nəzrin Abbaszadə
Emtv.az