18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Yazıçı azadlıqdan məhrum edildi
Güney azərbaycanlı milli-mədəni fəal, araşdırmaçı, şair və yazıçı Rəhim Qulami 1 il həbs cəzasına məhkum edilib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Ərdəbil İnqilab Məhkəməsində hakim Xudadadinin sədrliyi ilə keçirilən məhkəmə iclasında onun sistemin əleyhinə təbliğat aparmaq, GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) təşkilatına üzv olmaq və rəhbəri təhqir etmək kimi uydurma ittihamlarla üzləşdiyi məlum olub.
Fəal irəli sürülən bütün ittihamları rədd edərək vurğulayıb ki, ETTELAAT İdarəsinin nəşrə hazır olan elmi əsərini müsadirə etməsinə haqq qazandırmaq üçün bu cür əsassız ittihamlar meydana çıxıb. O əlavə edib ki, bu kimi ittihamların əsas hədəfi Azərbaycanda gedən mədəni milli hərəkatı radikal göstərməkdir.
Qeyd olunur ki, Rəhim Qulami Güney Azərbaycanın tanınmış milli-mədəni fəallarından biridir. O mədəni fəaliyyətlərinə görə, bu günə qədər dəfələrlə saxlanılıb, həbs edilib, müxtəlif işgəncə və təzyiqlərə məruz qalıb.
Rəhim Qulami "Yaylıq" nəşr evi tərəfindən çap olunan "Folklorumuzdan bir yarpaq", "Atalar sözü" və "Folklor nağılları" kitablarının müəllifidir.
Aysu Əliyeva,
Emtv.az