SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“Özləri cəhənnəm, xanımları, uşaqları, yeznə və kürəkənləri də elmə “calaq” edilirlər...”

14-06-2019, 12:39 | Oxunub: 20 180 |

“Özləri cəhənnəm, xanımları, uşaqları, yeznə və kürəkənləri də elmə “calaq” edilirlər...”

Emtv.az xəbər verir ki,yerli KİV-lərə siyasi elmlər üzrə elmlər doktoru Cümşüd Nuriyevin AMEA-nın Ali Attestasiya Komissiyası ətrafında baş verənlərlə bağlı “Milli elmimizin milli “cəfakeşləri”” başlıqlı yazısı daxil olub. Müəllifin müraciətində deyilir:


“Hörmətli redaksiya! Son dövrdə Ali Attestasiya Komissiyası ətrafında baş verənlər və mediada bu mövzuda yayılan məlumatlar məni bir ziyalı və alim kimi çox narahat edir. Odur ki, məqaləmdə qaldırdığım məsələlərin saytınız vasitəsilə ictimailəşdirilməsini xahiş edirəm”.

Milli elmimizin “milli” cəfakeşçləri

Bu günlərdə diqqətimi 11 iyun 2019-cu ildə saytların birində dərc olunmuş bir müraciət cəlb etdi. AMEA-nın bir qrup əməkdaşının adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına edilən müraciətdə elmimizin ciddi problemlərinin öz əksini tapacağını gözlədiyim halda, təəssüf ki, yenə də qeybət və şəxsi maraqların üstünlük təşkil etdiyini gördüm.

Müraciətdə deyilir: “Ancaq təəssüflər olsun ki, biz AMEA-nın institutlarında və hətta bəzilərimiz maddiyyat ucbatından, ali məktəblərdə səhərdən axşama qədər çalışsaq da, Famil Mustafayev AAK rəhbərliyinə gəldikdən sonra bizim dosent elmi adı almaq üçün sənədlərimizi gecikdirir və ekspert şuralarına göndərir. Əvvəllər isə belə hallar olmurdu...”

Deməli, müraciət edənlər dosent diplomlarının gecikdirilməsindən narahat olduqları üçün belə bir üsula əl atıblar.

Birincisi, əgər AAK-da əvvəllər diplomun verilməsi ilə əlaqədar saxtakarlıqdan dəm vurursunuzsa, niyə diqqəti yeni təyin olunmuş rəhbərin işinə yox, öz maraqlarınıza yönəldirsiniz?

Ikincisi, alim dosent diplomu alandan 5 il sonra professor diplomu alıb. Eyni zamanda 14 il ali məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub, 11 il isə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini işləyib. Bəs görəsən, Famil müəllim daha nə etməliydi ki, professor diplomuna “layiq” olsun?

Üçüncüsü, F.Mustafayev elmi şuraların tərkibinin yenilənməsində ittiham olunur. Bəs özünü “alim” adlandıran həmin elmi şuraların üzvlərinin bu illər ərzində etdiyi qanunsuzluqları necə aradan qaldırmaq lazımdır? Bəs Milli Məclisə deputat seçilən kimi “elmi qıcqıran”lara doktorluq diplomlarını kim verib? Xəbəriniz varmı ki, “deputatxana alimləri” akademiyada işləyənlərlə müqayisədə dəfələrlə çoxdur? Necə olur ki, elmdən uzun müddət xəbəri olmayan deputatlar və yüksək vəzifə sahibləri, məmurlar 40 yaşından sonra “elm dahisinə” çevrilir, hətta bəziləri akademiklik iddiasına düşür? Özləri cəhənnəmə, xanımları, uşaqları, yeznə və kürəkənləri də elmə “calaq” edilirlər. Necə olur ki, baza təhsili tibb, mühəndislik, şərqşünaslıq və sair qeyri-ixtisas sahibi olanlar siyasi və hüquq elmləri üzrə elmlər doktoru olurlar? Necə olur ki, farmasept, əczaçı qiyabi təhsil aldığı hüquqşünas diplomu ilə AAK-da ekspert şurasının üzvi olur? Necə olur ki, adam doktorluq müdafiəsindən 34 gün sonra təsdiqini alır? Elmi işinin adını belə düz əməlli deyə bilməyən “alimlərimizə” necə baxırsınız?

Dördüncüsü, AAK-ın rəhbərliyi uzun müddət idi ki, diplom alveri ilə məşğul olurdu. Bəs o zamanlar sizlər niyə susurdunuz? Cənab Prezident bu biabırçılığa son qoymaq istəyir və görünən odur ki, bəzilərini məsələnin birdəfəlik müsbət həlli narahat edir. Insafınız olsun! Imkan verin ki, insan(!) heç olmasa, yeni əsasnamə ilə bir il işləsin. Daha sonra moderator.az onu da qeyd edib ki,yeri gəlmişkən, Cənab Prezident tərəfindən “Elmi adların verilməsi qaydaları haqqında” Fərmanının həmin gündə veriləcəyini Siz haradan bilirdiniz”? Axı Sizin bu feykiniz məhz həmin gün dərc olundu. Deməli, ilanın başı daha yuxarılarda gizlənir. Onu da qeyd edim ki, Sizin bu “sensasion” müraciətinizə iki gün ərzində cəmi 178 baxış olmuşdur.

Siyasi elmlər üzrə elmlər doktoru
Cümşüd Nuriyev”



Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR