18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bütün dünyada gender bərabərliyi hərəkatının ön sıralarında durur - TÜRK PA Baş katibi
"Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün dünyada gender bərabərliyi hərəkatının ön sıralarında durur və bu sahədə çoxşaxəli fəaliyyəti ilə öz töhfəsini verməkdədir".
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) Baş katibi Altınbek Mamayusupov Bakıda "Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O qeyd edib ki, Azərbaycan hələ bir əsr öncə qərb ölkələrinin bir çoxundan əvvəl qadınlara səsvermə hüququ verən dövlət olub: "Hazırda bütün türkdilli ölkələrdə qadınların cəmiyyət və dövlət həyatında rolu müşahidə olunmaqdadır. TÜRKPA-ya üzv ölkələr dayanıqlı inkişafla bağlı məsələlərdə aktivlik göstərirlər. Üzv ölkələrdə gender bərabərliyi ilə bağlı normativ hüquqi baza yaradılıb". A. Mamayusupov vurğulayıb ki, son illərdə hələ də qadınlar zorakılığın müxtəlif növlərinə məruz qalmaqdadır. O bildirib ki, bu problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır.
Sevinc Əlimova
Emtv.az