18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Rusiyadan qaytarılan Azərbaycan pomidorları təkrar ixrac oluna bilər
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Rusiyaya buraxılmayan 35 ton pomidorla bağlı məsələyə aydınlıq gətirib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, AQTA sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib ki, Rusiyadan geri qaytarılan Azərbaycan pomidorları ilə bağlı heç bir pomidor ixracatçıları ilə görüş keçirilməyib:
“Biz həm Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının, həm də Avropa və Aralıq dənizi, bitki mühafizəsi təşkilatlarının üzvüyük. Bu təşkilatlara üzv olan hər bir ölkə üzərinə müəyyən öhdəliklər götürür. İstər heyvan, istər bitki mənşəli məhsullarda kənara çıxmalar olduqda həmin məhsulun geri qaytarılması prosesi həyata keçirilir. Eyni proseduru biz də başqa dövlətlər üçün həyata keçiririk.
Səsləndirilən məsələ ilə bağlı biz də eyni proseduru həyata keçiririk. Son faktla bağlı onu deyə bilərəm ki, söhbət yalnız zərərvericiyə yoluxmadan gedir. Bu, məhsulun daxili keyfiyyətinə qətiyyən təsir etmir. Lazımi sağlamlaşdırıcı tədbirlər həyata keçirildikdən sonra həmin məhsulların təkrar ixracına cəhd olunur”.
Nəzrin Abbaszadə
Emtv.az