18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
AQTA sədri: Dələduzların işinə Baş Prokurorluq hüquqi qiymət verəcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təqdimatı keçirilib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Kənd təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və digər şəxslər iştirak edib.
Qoşqar Təhməzli bildirib ki, proqram üzrə strateji baxış əhalinin sağlam və təhlükəsiz qida ilə tam təmin edilməsinə və bununla da qida mənşəli xəstəliklərin nəzərəçarpacaq dərəcədə azalmasına nail olmağı nəzərdə tutur:
“Eyni zamanda Dövlət Proqramında əsas məqsədlər qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabət qabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərinin gücləndirməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasından ibarətdir”.
AQTA sədri qeyd edib ki, bu günlərdə bir sıra dələduzların Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin adından qida obyektlərində qanundan kənar tələblər irəli sürməsi faktları aşkar olunub. Hazırda Baş prokurorluq məsələ ilə məşğuldur və lazımı hüquqi qiymət veriləcək.
Onun sözlərinə görə, agentliyin nəzarət sistemi digərlərindən fərqlənir:
“Əhaliyə və sahibkarlıq subyektlərinə bildirmək istəyirəm ki, bu məsələdə ictimai nəzarət çox vacibdir. Bizim qurumda hər hansı əraziyə nəzarət etmək, kütləvi nəzarət sistemi, qida obyektlərinin yoxlanılması prinsipi tamamilə fərqli formadadır. Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, xüsusi sənədlərdə öz təsdiqini tapan, eyni zamanda, konkret faktlar aşkar olduğu halda nəzarət və tənzimləmə sistemi həyata keçirilir”.
“AQTA fəaliyyəti mərhələli şəkildə qida təhlükəsizliyi sistemi üzrə qurulub. Sahibkarların fəaliyyətinə maneəçilik törətmək, kütləvi şəkildə yoxlamalar aparmaq prinsipləri beynəlxalq standartlara uyğun prinsiplər deyil. Biz həmin standartlara əsaslandığımız üçün bu proqramla işləyirik. Eyni zamanda, kompleks şəkildə işləməliyik ki, həmin dələduzlar vaxtında aşkarlansın”, - deyə sədr qeyd edib.
Nəzrin Abbaszadə
Emtv.az