SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

"Oğlumun intiharına səbəb olanlar cəzasız qalıb"

13-06-2019, 16:01 | Oxunub: 15 403 |

"Oğlumun intiharına səbəb olanlar cəzasız qalıb"

”Oğlumu evimizin içində, həyat yoldaşının gözü önündə döydülər. Sonra şərlədilər. Dözməyib, intihar etdi. Amma özünü öldürməyə sövq etdirməklə bağlı kimsə cəza almadı”.

Emtv.az yerli KİV-lərə istinadən xəbər verir ki,Göyçay rayonunun Hacıağabəyli kəndinin sakini Firəngiz Fətəliyeva belə deyir. O, oğlunun intihara sövq edildiyini, buna rəğmən yerli məhkəmələrin işi ədalətli araşdırmadığını söyləyir.

F.Fətəliyeva deyir ki, əvvəl gündən onların işinə soyuq yanaşılıb. Əvvəlcə Göyçay Rayon Prokurorluğu işi doğru-dürüst araşdırmayıb, sonra da məhkəmələr.

“Hadisə ötən il iyunun 20-də olub. Qonşu ailənin 7 nəfər üzvü oğlumun evinə hücum edərək onu yatağının içində döyüb, ölümcül etdilər. Guya gəlinlərinə sataşıb. Xəstəxanaya apardıq, baxan olmadı. Sonra polisə apardılar. Puldan basıb polislə hədələdilər. Oğlum da dözmədi, intihar etdi. O gün, bu gündür qalmışıq idarələrdə, məhkəmələrdə, ədalət axtarırıq. Ancaq ədaləti bərpa edən yoxdur”.

Ana deyir ki, oğlu döyüləndən sonra xəsarət dərəcəsini müəyyən emək üçün ekspertizaya müraciət ediblər. Həmin ekspertiza rəyini belə bugünədək ala bilmirlər:

“Məhkəmə deyir, prokurorluqdan, prokurorluq deyir, məhkəmədən alın. Nəhayət, Göyçay Rayon Məhkəməsi evə hücum edən 7 nəfərdən 4-ü haqqında qərar verdi. Evə basqın edib, adam döyməyə görə sataşdığı deyilən gəlinin qardaşı və həyat yoldaşına 6 ay həbs, 2 nəfər qadına isə inzibati cəza kəsildi. Onlar ictimai işlərə cəlb edildilər. 33 yaşlı, yeni evli övladımın ölümünə səbəb olublar. 6 ay həbs cəzası və ictimai işlər nədir ki, bunun yanında? Üstəlik, evə hücum edən 7 nəfərin cəmi 4 nəfəri cəza alıb. Buna da cəza demək olarsa. Evə hücum edib, şəxsə yüngül xəsarət yetirmək adı ilə… Sonrasını düşünən yoxdur”.

Firəngiz Fətəliyeva məhkəmənin qərarı ilə razılaşmadığından apelyasiya şikayəti verib. Şəki Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb:

“Biz bununla da razı deyilik. Odur ki, Ali Məhkəməyə müraciət etmişik. Yenə ədaləti bərpa etməsələr, sona, Avropa İnsan Haqları Məhkəməsinədək gedəcəyik. Bizim işimizi düzgün araşdırmırlar, ört-basdır edirlər. Mən buna imkan verməyəcəyəm. Günahkarların cəzasını layiqincə çəkməsini istəyirəm”.

2018-ci il iyunun 20-də baş verən hadisəni Firəngiz Fətəliyeva belə xatırlayır:

“Oğlum Anar Fətəliyev evində yatıbmış. Qonşu ailə evlərinə girərək oğlunu yataqdaca döyüb. Bu, səhər saat 10-da olub. Yazıqda salamat yer qoymamışdılar. 7 nəfər olublar. Onlara necə müqavimət göstərmək olardı? Uşağı stəkanla, daşla al qana boyayıblar. Sonra da çıxıb gediblər. Səbəb kimi də deyiblər ki, guya mənim oğlum səhər tezdən gedib onların gəlininə sataşıb. Halbuki, yazıq uşaq fəhləlikdən yorğun düşüb yatıbmış. Biz onu xəstəxanaya apardıq, vəziyyəti pis idi. Xəstəxanada da normal yiyə durmadılar. Elə bir az özünə gəlmişdi ki, polis gəlib apardı. Axşam heç nə sübut edə bilmədiklərinə görə buraxdılar”.

Ana deyir ki, xəsarət alan oğlunu xəstəxanaya aparıblar. Ancaq orada da ona yaxşı baxan olmayıb:

“Çox soyuq yanaşdılar. Elə bil xalq düşməni idi. Əsasən də ona atılan şərə görə çox pis çökmüşdü. Daha sonra isə hədələr dayanmadı. Polisə ifadəsi zamanı da oğlumu hədələmişdilər”.

Ana bu sözləri oğlunun intihardan öncə yazdığı məktubla əsaslandırır. Deyir, oğlu həm ona atılan şərə, həm də hədələrə dözməyib, intihar edib:

“İntihar etdiyi gün balaca bir vərəqə bir neçə cümlə yazmışdı: “Mən belə yaşaya bilmərəm. Mənə şər atdılar, böhtan atdılar. Məni hədələdilər. Mənə bundan sonra yaşamaq çətindir” – yazmışdı və 2 ay öncə tikdirdiyi tövlədə özünü asmışdı”.

Ana bildirir ki, məhkəmə və prokurorluq istintaqı ədalətli aparmayıb:

“Deyirəm, adam göndərilsin, ekspert gəlsin kəndimizə. Oğlumu qonşudan, dostdan-tanışdan, qohumlardan, nə bilim, sinif yoldaşlarından, kənd camaatından soruşsunlar. Belə bir şey edə bilən oğul olub, olmadığını araşdırsınlar. Bizi dindirsinlər, məsələnin kökünə getsinlər. Heç bir iş görülmür, iş araşdırılmır. Qarşı tərəf iddia edir ki, 3 uşaq anası olan gəlinlərinə sataşıb. Onun evinə səhər saat 10-da girib. Əgər eləydisə, onun evinə niyə həmin vaxt yox, saatlar keçəndən sonra gəliblər? Baş Prokurorluğa da yazmışam. Ədalətli istintaq tələb edirəm. Ancaq baxan, maraqlanan yoxdur”.

F.Fətəliyeva deyir ki, indiyə qədər qonşu ilə hər hansı düşmənçilikləri olmayıb. Oğlunun qapı qonşusu həmin ailənin yaxınıdır:

“Araları yaxşı idi. Gediş-gəlişləri vardı. Birdən-birə nə oldu, bilmirəm. Evli uşaqdı, gül kimi həyat yoldaşı vardı. Başqasına, özü də evli, 3 uşaq anasına niyə baxsın ki? Mənim övladımı intihar həddinə çatdırıblar. Burada ona şər atanların da, polisin də günahı var. Ancaq buna baxmayaraq ədalətli qərar verilmədi. Anarı özünü öldürmə həddinə çatdırmış bir qrup şəxsləri cinayət məsuliyyətindən kənarda saxladılar. Digərlərinə isə yüngülvari cəza verib, işi bağladılar. Bu ədalət harada yazılıb?”

F.Fətəliyeva ana kimi Prezident İlham Əliyevdən, onun xanımı Birinci vitse-prezident Mehriban Əliyevadan, Ədliyyə Nazirliyi və Baş prokuror Zakir Qaralovdan rica edir ki, oğlu Anar Fətəliyevin özünü asaraq öldürməsi ilə bağlı məhkəmənin ədalətli qərar çıxarmasına və işin yenidən araşdırılması ilə bağlı göstəriş versinlər:

“Ana kimi bağrım çatlayır. Mənim övladımı göz görə-görə ölüm həddinə çatdırmış insanların yüngülvari cəza ilə işin içindən çıxmasına izin verməyin. Bizim kəndimizdə cəmi 40-50 ev, 300-400 sakin var. Yalvarıram, gəlib araşdırsınlar. Mənim oğlum kiminsə qızına, gəlininə sataşacaq biriydimi? Niyə haqsız yerə ölümünə səbəb oldular? İndi hamı həyatına qaldığı yerdən davam edir. Biz isə bədbəxt olduq”.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR