SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Oğlumla olan intim videonu kəndə yaydı, o da özünü öldürdü” - Kürdəmirdə dəhşətli intihar

30-06-2018, 13:21 | Oxunub: 16 647 |

“Oğlumla olan intim videonu kəndə yaydı, o da özünü öldürdü” - Kürdəmirdə dəhşətli intihar
Kürdəmir rayonunda oğlu özünü asan ata istintaqın düzgün aparılmamasından şikayətçidir.

Emtv.az qafqazinfo-ya istinadən xəbər verir ki, Vidadi Cabbarov bildirib ki, 23 yaşlı oğlu Əli Cabbarov martın 28-də Girdiman çayının üzərində yerləşən körpüdən özünü saman ipi ilə asaraq intihar edib.

O qeyd edib ki, Kürdəmir rayon prokurorluğunda istintaq aparılsa da, 3 ay ərzində ailəyə heç bir məlumat verilməyib:

"Oğlumun ölüm səbəbini açıqlamadılar. İyunun 22-də Baş Prokurorluqda qəbulda oldum, regional prokuror Natiq müəllim müstəntiq Nicat Orucova tapşırdığını dedi və mənə kömək edəcəyini bildirdi. Nicat Orucov məni qəbul edəndə bildim ki, cinayət işinə iyunun 14-də xitam verilib. Müstəntiq hər şeyi ört-basdır edib, oğlumun, guya, sevgilisinin başqası ilə nişanlanmasına görə intihar etdiyi qərarını veriblər.

Əli ölümündən əvvəl məktub yazıb və qeyd edib ki, "Ata, ana fikirləşməyin ki, hansısa qıza görə 23 yaşımda cavan canıma qıydım. 1 il bundan əvvəl etdiyim səhvin qurbanı oldum. Tay-tuşlarım səhvimi üzümə vurdu. Məni bağışlayın, Haqqınızı halal edin”.


O, intihardan əvvəl "Whatsapp”da həmkəndlimiz Sehrana yazıb ki, "Həyatda sənin də səhvin olar, Röyalın da. Görək siz neynəyəcəksiniz”.

Mesajda adı çəkilən Röyal da bizim kəndçimizdir. Əli ölümündən 1 gün əvvəl də onunla 30 dəqiqə telefonla danışıb. Son 6 ay da küsülü idilər.

Oğlumun telefon yazışmalarından görünür ki, sevgilisi olduğu deyilən qız Əliyə söyüşlə mesaj yazaraq "gör sənin başına nə oyun açacağam” deyib. Ardınca oğlum qızdan ondan əvvəl kiminlə intim əlaqədə olduğunu soruşub, o isə öz qohumu Sübhanla münasibətdə olduğunu deyib. Həmin qız sonra oğluma "öl, videonu atdım başqasına” deyə mesaj yazıb. O, Əli ilə olan videosunu kəndçilərinə yollayıb. Daha sonra Sehranla Röyal görüntülərə görə ona lağ ediblər. Əli da bu təhqirlərə dözməyərək özünü asıb. Məktubda da qeyd etdiyi bir il əvvəlki səhv həmin video ilə bağlıdır".

Bu faktlarla bağlı Kürdəmir rayon Prokurorluğu heç bir araşdırma aparmayıb. Həmin qızın başqaları ilə intim əlaqəsi olduğunu təsdiq edən mesaj yazışmaları Kürdəmir rayon Prokurorluğunda var. Bu yuxarıda göstərilənlər təsdiq edir ki, mənim oğlum sevgi məhəbbət üçün yox, kimlərinsə təzyiqi altında canına qəsd edib”.

V.Cabbarov deyib ki, Kürdəmir rayon Prokurorluğu araşdırma aparmadan qərəzli olaraq istintaqı başqa tərəfə yönəldərək oğlu Əli Cababrovun ölümü ilə bağlı cinayət işinə xitam verib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR