SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Avtomobil Nəqliyyatı ilə Daşınmaların Təşkili” MMC-də baş verən mənimsəmələr.

13-06-2019, 12:37 | Oxunub: 13 113 |

“Avtomobil Nəqliyyatı ilə Daşınmaların Təşkili” MMC-də baş verən mənimsəmələr.

Yük avtomobil sahiblərinə qarşı nəqliyyat işçilərinin törətdiyi özbaşına fəaliyyətlər illərdir ciddi bir problem kimi diqqət mərkəzindədir.

Emtv.az xəbər verir ki,Nəqliyyat Nazirliyi ləğv edildikdən sonra bu problem qismən həllini tapsa da amma görünür ki, hansısa qüvvələr ayda külli miqdarda pulun toplandığı bu sahəni əldən vermək istəmir. Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti “ Avtomobil Nəqliyyatı ilə Daşınmaların Təşkili” MMC tərəfindən fiziki və hüquqi şəxslərdən qanunsuz şəkildə alınan rüsumlar ciddi bir rəqəmi təşkil edir.

Yük maşınının 1 tonuna aylıq dövlət rüsumu 2 azn olmasına baxmayaraq, fiziki şəxslərdən 1,5 tonluq yük maşını üçün 70 azn daha yüksək tonnajlı maşınlar üçün isə daha artıq “şapka” tələb olunur. Hüquqi şəxslərə isə (firmalara) fərqlənmə nişanı birdəfəlik və pulsuz verilməlidir.

Lakin onlardan da illik ən azı 180 azn rüsum məcburi alınır. Daha böyük özbaşınalıqları isə DANX-nın müfəttişlərinin hüquqi şəxsə aid olan maşınları yolda saxlayaraq ağıllarına gələn rəqəmi (300-400 azn) tələb etmələridir. DANX-yə məxsus olan 30-a yaxın maşın Müşviq, Xocahəsən, Baksol, Nasosnu və Qaradağ istiqamətlərində fəaliyyət aparırlar.

Dövlət Yol Polisinin əməkdaşı olmadan hər hansı bir maşını saxlamaq qeyri-qanunidir. Buna baxmayaraq müfəttişlər qanunsuz olaraq maşınları saxlayıb fərqlənmə nişanı tələb edirlər. Təkcə Bakı şəhərində fiziki şəxslərə aid ayda 7000 avtomobilin qeydiyyatdan keçdiyi bildirilir. Bu isə təkcə fiziki şəxslərdən ayda yarım milyon azn-dən artıq pulun yığılması deməkdir.

Daha sonra boyukmillet.com onu da qeyd edib ki,bu rəqəmin isə dövlət rüsumu ilə təqribən 10%-i dövlət büdcəsinə köçürülür. Bu göstəricilər təkcə fiziki şəxslərdən Bakı, Sumqayıt və Şamaxı şəhərləri üzrədir. Hüquqi şəxslər üzrə və ümumrespublika üzrə daşımalaradan əldə olunan vəsaitlərlə bağlı isə araşdırmalarımız davam edir. Heç bir hüquqi əsası olmayan qəbzlər təqdim edərək 25 azn tələb edirlər.

Halbuki həmin qəbz 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ləğv edilib. Respublika Dövlət Yol Polisində əvvəllər yüksək vəzifə tutan Vüqar Süleymanzadə MMC-yə baş direktor təyin olunandan sonra da məlum prinsipləri ilə işləməyə davam edir. Onun qanunsuz əməlləri, dostluq və qohumluq prinsipləri ilə insanların işə götürməsi haqqında araşdırmalarımızı davam etdiririk. Prezident tərəfindən ləğv edilmiş qəbzlər ayda neçə dənə veriril, bununla bağlı ayda onlara nə qədər faiz qoyulur. Bütün bunlarla bağlı geniş araşdırma yazı ilə ictimaiyyəti məlumatlandıracağıq.


Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR