18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Dövlət Avtomobil Nəqliyyatı Xidməti açıqlama verdi: Dəhşətli qəzaya səbəb olan "Ford" qanunsuz fəaliyyət göstərirmiş
Bu gün səhər Bakı-Sumqayıt yolunda insan tələfatı ilə nəticələnən qəzaya səbəb olan "Ford" markalı mikroavtobus qanunsuz fəaliyyət göstərib.
Bu barədə modern.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.
O, hazırda araşdırma aparıldığını qeyd edib:
“Avtobus “20 Yanvar”-Sumqayıt istiqamətində qeyri-qanuni olaraq fəaliyyətdə olub. Ona görə də, proses Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırılır və ekspert rəyindən sonra açıqlama veriləcək”.
Ş.Mehmanqızı Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən həmin mikroavtobusa fərqlənmə nişanı və marşrut kartı verilmədiyini qeyd edib.
““Ford” Tranzit markalı mikroavotbus qeyri-qanuni fəaliyyət göstərib”.
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bakıdan Sumqayıt istiqamətində gedən "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu Masazır dairəsindəki körpünün üstündə daş maşınına çırpılıb. Rəsmi məlumata görə 5 nəfər ölüb, 21 nəfər yaralanıb.
Emtv.az