SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakıda tikilməkdə olan bu binaların özülünə qoyulan “yavaş təsirli bomba” - TƏCİLİ HƏRƏKƏTƏ KEÇİLMƏLİDİR, YOXSA GEC OLACAQ...

13-06-2019, 10:35 | Oxunub: 8 161 |

Bakıda tikilməkdə olan bu binaların özülünə qoyulan “yavaş təsirli bomba” - TƏCİLİ HƏRƏKƏTƏ KEÇİLMƏLİDİR, YOXSA GEC OLACAQ...

Azərbaycanın tikinti baronları inşa etdikləri binaların maya dəyərini mümkün qədər aşağı sala bilmək üçün ən müxtəlif fəndlərə əl atırlar. Emtv.az xəbər verir ki, son illərə qədər tikinti baronlarının layihə üzrə təsdiqlənmiş mərtəbə sayını aşaraq daha çox pul qazanmaq naminə 2-3, hətta 4-5 mərtəbə artıq tikmələri halları geniş yayılmışdı. Və bu zaman binanın özülünə düşən yükün artırılmasının gələcəkdə hansı fəsadlara gətirib çıxaracağını heç kim hesablamırdı.

Tikintinin maya dəyərinin aşağı salınması və marjanın yüksəldilməsi üçün istifadə edilən fəndlərdən biri də əvvəllər də dəfələrlə araşdırmalarla sübut etdiyimiz kimi, standartlara cavab verən armaturlardan istifadə əvəzinə ya İrandan gətirilən, ya da Bakının çoxsaylı kustar metal sexlərində heç bir texnoloji normalara əməl edilmədən istehsal olunan keyfiyyətsiz (və qiymətdə daha ucuz) armaturlardan istifadədir.

Reportyor qrupumuz ötən il bu mövzuda silsilə araşdırmalar, reportajlar dərc etmişdi və nəhayət müvafiq strukturlar inşaatda istifadə olunan armaturun keyfiyyəti ilə bağlı nəzarəti bir qədər gücləndirmişdi. Məlumatlara görə ölkəyə İrandan keyfiyyətsiz armaturların gətirilib inşaatda istifadəsi məhdudlaşdırılmışdı.

Lakin inşaat sektorundakı mənbələrdən saytımıza daxil olan son məlumatlar bu sahədə xaosun yenidən geniş vüsət aldığını təsdiq edir. Mənbələr deyiblər ki, çoxmərtəbəli yaşayış binalarının inşası ilə məşğul olan bir çox MTK-lar Bakı sexlərinin heç bir texnoloji normalara uyğun olmayan ucuz armaturlarından istifadə edirlər. Əməkdaşlarımız bu məlumatların bir çoxunu araşdırıb, kustar üsulla istehsal edilmiş armaturlardan istifadə olunmaqla inşa edilməkdə olan binalardan bəzilərinin tikinti meydançalarına baş çəkib.

Məsələn, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 25 ünvanında inşa edilməkdə olan çoxmərtəbəli yaşayış binasının tikinti meydançasında kustar metaləritmə sexlərinin istehsalı olan armaturlardan istifadə olunmaqdadır. Bu ünvanda tikinti işlərini “ELNET” MTK adlı şirkət aparır, inşaat meydançasının hasarında vurulmuş lövhədəki məlumatlara əsasən bina 16 mərtəbəli olacaq. Tikinti işləri 2018-ci ilin aprelində başlayıb.

Bakının Nizami rayonunda, “Planet” şadlıq sarayının yaxınlığında “Vesta Construction” adlı şirkət tərəfindən inşa edilən “My Home” yaşayış kompleksinin inşasında da eynilə bu cür sex armaturlarından istifadə olunmaqdadır. Kompleksə 16 mərtəbəli binalar daxil olacaq.

Növbəti belə fakt Masazır qəsəbəsində, Azərbaycan Milli Elmlər Akademiyasının “Science Cty” yaşayış kompleksinin tikintisində qeydə alınıb. Həmin kompleksi podratçı qismində “SAHİL-A” MTK adlı şirkət tikir. Kompleksə bir neçə yaşayış binası daxil olacaq.

Masazır qəsəbəsində inşa edilən “Masazır Park” yaşayış kompleksində də kustar armaturdan istifadə olunmaqdadır. Bu kompleksi “Xəzri-A” adlı şirkət tikir.

Bakının Xətai rayonu, M.Mehdizadə, İ.Orucova, S.Orucov küçələrinin əhatə etdiyi 1180-ci məhəllədə inşa edilən “Capital Plaza” yaşayış kompleksinin tikintisi də kustar sex armaturları ilə aparılmaqdadır. Kompleksin inşaat meydançasında bu cür armaturlar qalaqlanıb.

Belə görünür ki, bunlar hələ hamısı deyil və tikinti təhlükəsizliyinə dair normaların kobudcasına pozulması, tikinti baronları tərəfindən insanların həyatı üçün gələcəkdə potensial risk yaradan əməllər geniş vüsət alıb.

Bəs tikintidə standartlara cavab verməyən, keyfiyyətsiz armaturlardan istifadə niyə təhlükəlidir və nədən hansısa “birgünlük” MTK-lar təsis edib ağına-bozuna baxmadan çoxmərtəbəli binaların inşasını həyata keçirən tikinti baronlarının bu əməlləri gələcəkdə kütləvi insan tələfatına da gətirib çıxara bilər?

İnternet mənbələrində bu mövzu ilə bağlı Rusiyanın inşaat mütəxəssislərinin rəyləri ilə tanış olanda bu sualların cavabı aydın olur.

Belə ki, standartlara cavab verməyən, dayanıqlığı, elastikliyi və tərkibi normalara uyğun olmayan armaturlar betonun daxilində daha sürətlə korroziyaya uğrayır. Məhz beton daxilində armaturun korroziyası inşaat konstruksiyalarının ömrünü ciddi ölçülərdə azaldan əsas amildir.

Əlbətdə, belə armaturlar kustar sexlərdə istehsal olunsalar da onların betonun daxilində çürüməsi, korroziyaya məruz qalması dərhal baş vermir. Normal halda standartlara cavab verən armaturlar da illər keçdikdə betonun daxilində metala aqressiv təsir edən birləşmələrin nəticəsində korroziyaya məruz qalır, bu qaçılmaz prosesdir. Lakin söhbət kustar üsulla istehsal edilmiş armaturlardan gedirsə korroziya daha sürətlə gedəcək və binanın dayanıqlığını itirməsi müddəti dəfələrlə qısalacaq. Çünki kustar üsulla istehsal edilmiş armaturlarda korroziyanın nəticəsində lay-lay “soyulma” baş verir, armatur beton daxilində sadəcə olaraq “yoxa çıxa” bilər.

Armaturun korroziyaya məruz qalması böyük yüklənməyə məruz qalan inşaat konstruksiyalarında, indiki halda çoxmərtəbəli binalarda daha sürətlə baş verir. Belə binaların nə qədər davam gətirəcəyini proqnozlaşdırmaq çətindir və bunun üçün kompleks analizlər aparılmalıdır. Lakin müəyyən müddət keçəndən sonra belə binaların konstruksiyalarında armaturun güclü korroziyaya məruz qalması nəticəsində onlar zəif yeraltı təkanlara belə davam gətirməyə, hətta öz-özünə dağıla bilər. Daha sonra virtualaz.org onu da qeyd edib ki,bu səbəbdən tikinti sahəsinə cavabdeh dövlət strukturları bütün tikinti meydançalarında ləngimədən təftiş aparmalı, istifadə olunan əsas inşaat materialı kimi armaturun keyfiyyəti yoxlanılmalıdır. Əks halda bu indi inşa edilən binaların özülünə yerləşdirilmiş “yavaş təsirli bomba”nın nə zamansa işə düşməsi qaçılmazdır...


Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR