SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Zülfüqarlı qardaşları Baş Prokurorluğa qarşı çıxdılar və işi bərpa etdilər

18-08-2018, 19:21 | Oxunub: 14 666 |

Zülfüqarlı qardaşları Baş Prokurorluğa qarşı çıxdılar və işi bərpa etdilər

Zülfüqarlı qardaşlarına məxsus olan və Saray qəsəbəsində yerləşən polad istehsalı üzrə kustar sex fəaliyyətini bərpa edib. Sexin qeyri-leqal fəaliyyəti əmək təhlükəsizliyinin dəfələrlə pozulmasına və Baş Prokurorluq tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq bərpa olunub.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, sexin işi bu gün səhər gizli şəkildə bərpa edilib.

Xatırladaq ki, sexin fəaliyyəti təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması və bunun nəticəsində bir neçə bədbəxt hadisənin baş verməsi, üç fəhlənin həlak olması səbəbindən dayandırılmışdı.

Belə ki, iyulun 26-da kəsim prosesi vaxtı içərisində yanacaq olan çən partlamışdı. Nəticədə, sexin fəhləsi – Masallı rayon sakini Ağamalı Qurbanov həlak olmuşdu. Bu faciəvi hadisədən 20 gün əvvəl armatur istehsalı prosesinin gedişində daha bir fəhlə ölmüşdü. Armaturun bir hissəsi onun qarnını cırmış, fəhlənin sağalmasına ehtimal qalmamışdı.

Daha bir fəhlə – 33 yaşlı Samir Hümmətov 2017-ci ilin iyun ayının 29-da analoji şəraitdə həlak olub.

Fəhlələrin ölüm hallarının araşdırılması və təhlükəsizlik qaydalarının yoxlanılması məqsədilə bədnam sexin fəaliyyəti dayandırılmışdı. Lakin Baş Prokurorluğun qadağasına baxmayaraq, bir neçə gün öncə sex fəaliyyətini bərpa edib.

Virtualaz.org-un daha öncə bildirdiyi kimi, bu kustar sex saxta iş adamları Zülfüqarlı qardaşlarının poladəritmə və armatur istehsalı üzrə qeyri-leqal şəbəkəsinə daxildir.

Zülfüqarlı qardaşları Azərbaycanda sistemli şəkildə qeyri-leqal və qanunsuz biznes qurublar. Hazırda bu qeyri-leqal şəbəkəyə dörd gizli sex daxildir.

Həmin gizli sexlərdə elementar təhlükəsizlik qaydalarına riayət olunmur və tez-tez bədbəxt hadisələr baş verir.

Zülfüqarlı qardaşlarının sexlərində aşağı keyfiyyətli armatur, şveller, həmçinin kvadrat və dairəvi profillər hazırlanır ki, bunlardan inşaat-tikinti işlərində istifadə olunur. Maraqlıdır ki, keyfiyyətinin aşağı olmasına baxmayaraq, bu kustar məhsullar indiyədək yaşayış evlərinin və dövlət müəssisələrinin tikintisində, təmir işlərində istifadə edilir.

Aynurə Kərimova,
Emtv.az


Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR