18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Energetika naziri Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib - FOTO
Energetika Nazirliyində Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Emtv.az nazirliyə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlər, enerji əməkdaşlığı və regional məsələlər ətrafında müzakirələr aparılıb.
Energetika naziri Pərviz Şahbazov Azərbaycan - Almaniya əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edib və bu əməkdaşlığın bir çox sahələr üzrə, xüsusilə də enerji sektorunda daha da inkişafı üçün mövcud imkanları diqqətə çatdırıb.
Görüşdə enerji sektorunda alman şirkətlərinin iştirakı ilə həyata keçirilən layihələrdən, eləcə də Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin icra vəziyyəti, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi layihəsi kimi rolundan danışılıb.
Tomas Opperman Azərbaycanın beynəlxalq aləmdə mövqeyinə dair fikirlərini bölüşüb və bildirib ki, enerji diversifikasiyasında Azərbaycan Avropanın mühüm tərəfdaşıdır.
Söhbət zamanı parlamentlərarası əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıdığı bildirilib, Azərbaycan və Almaniya arasında digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Seymur Rəhimov
Emtv.az