SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

ADNSU-da Energetika naziri ilə görüş keçirilib

27-11-2018, 17:43 | Oxunub: 10 917 |

ADNSU-da Energetika naziri ilə görüş keçirilib
Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Energetika naziri Pərviz Şahbazovla görüş keçirilib.

Emtv.az yerli mənbələrə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı Energetika naziri Pərviz Şahbazovu salamlayaraq universitetdə gerçəkləşdirilən işlər barədə ətraflı məlumat verib.

İnsan kapitalının formalaşmasında dövlətə dəstək verilməsinin əhəmiyyətindən söz açan rektor, professor M.Babanlı təhsil strategiyası çərçivəsində bir sıra proqramların həyata keçirildiyini bildirib.

Öz fəaliyyətini bu sənədlərdən götürən ADNSU-nun da ölkənin kadr və enerji potensialını dəstəkləməkdə olduğunu diqqətə çatdıran rektor M.Babanlı hazırda universitetin bir sıra yerli və xarici şirkətlərlə müxtəlif istiqamətlərdə əməkdaşlıq etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov uzun illərdən sonra təhsil aldığı ali məktəbdə olmaqdan qürur hissi duyduğunu bildirib. Azərbaycanın energetika sənayesi üçün uğurlu kadrlar yetişdirən ADNSU-da bu gün də təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərdən xəbərdar olduğunu deyib. Ölkənin energetika, neft və qaz ehtiyatlarından istifadə sahəsində görülən işlərdən və yeni layihələrdən söz açan nazir Pərviz Şahbazov Şahdəniz qaz layihəsinin əhəmiyyətindən danışıb. Hazırda Azərbaycanın iqtisadi yüksəliş dövrü yaşadığını qeyd edən nazir P.Şahbazov ölkənin neft-qaz və enerji sektorunda gedən inkişafdan danışıb.

Sevinc Əlimova
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR