18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Qusarda iki evdən oğurluq edən şəxs saxlanıldı - FOTO
Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edərək zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanılıb.
Emtv.az Daxili İşlər Nazirliyi Mətbuat xidmətin-ə istinadən xəbər verir ki, araşdırmalarla onun əvvəllər məhkum olunmuş rayon sakini, 35 yaşlı Elxan Xəlilov olduğu müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, E.Xəlilov may və iyun aylarında rayon ərazisində yerləşən iki fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan elektrik naqilləri, kombi aparatı, televizor, təsərrüfat malları və digər məişətdə istifadə olunan avadanlıqları oğurlayıb. Oğurluq nəticəsində əldə etdiyi əşyaların bir qismini tanışı, əvvəllər məhkum olunmuş Ramin Əhmədovun köməyi ilə satan saxlanılan şəxs, satışdan əldə etdiyi puldan 20 manatı ona verdiyini bildirib.
Oğurluq yolu ilə əldə edilmiş əşyaların xeyli hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Həmin şəxsin başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.
Seymur Rəhimov
Emtv.az