18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Mağazadan oğurluq edən şəxs saxlanıldı
Tovuz rayon sakini Tovuz Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus mağazadan mayın 6-dan 7-nə keçən gecə naməlum şəxs və ya şəxslər gizli yolla daxil olaraq oradan 350 manat nağd pulu oğurlayıb.
Emtv.az xəbər verir ki,Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan yerli mətbuata verilən məlumata görə, dərhal Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, Ayaz Qasımov şübhəli qismində saxlanılıb.
İlkin dindirmə zamanı o, ağır dərəcəli sərxoş oluğunu və hadisəni də spirtli içkinin təsiri altında törətdiyini etiraf edib, əldə etdiyi pulun bir qismini xərclədiyini deyib. Pulun qalan hissəsi maddi sübut kimi istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Nəzrin Abbaszadə
Emtv.az