SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“İCRA BAŞÇISI OTELİMİ ƏLİMDƏN ALMAQ İSTƏYİR…” – İş adamından Qubanın başçısına ağır ittihamlar

11-06-2019, 12:12 | Oxunub: 11 584 |

“İCRA BAŞÇISI OTELİMİ ƏLİMDƏN ALMAQ İSTƏYİR…” – İş adamından Qubanın başçısına ağır ittihamlar

“Mən keçən illər ərzində minbir əzab-əziyyətlə Quba-Qəçrəş turizm bölgəsində 16 nəfər işçini özündə birləşdirən otel qurub yaratmışam. İlk illər otel mənfəətlə işləyirdi. Evimizə, ocağımıza bir loxma çörək apara bilirdik. Lakin Ziyəddin Əliyev rayona başçı təyin olunduğu ilk günlərdən bizim obyekti hədəfə götürdü”.


Emtv.az xəbər verir ki,Quba rayonundan olan iş adamı Yusif Piriyevin Prezident İlham Əliyevə ünvanladığı və bir nüsxəsi yerli KİV-lərə daxil olmuş şikayət məktubunda belə deyilir.

Yusif Piriyev Quba Rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyevin onu mənəvi işgəncəyə məruz qoyduğunu iddia edir. Sahibkar öncə Prezidentin siyasətinə dəstək ifadə edərək, yazır:

“Hörmətli cənab Prezident!

Dəyərli vaxtınızı aldığıma görə dəfələrlə üzrxahlıq edirəm və mübaliğəsiz demək istəyirəm ki, Siz 15 illik prezidentliyiniz dövründə yarım əsrə bərabər abadlıq-quruculuq işləri görmüsünüz. Ötən illər ərzində həyatımızın bütün sahələri müasirləşmiş, təkcə paytaxt Bakı yox, bölgələrimiz də öz simasını tanınmaz dərəcədə dəyişmiş, xalqımızın maddi rifahı nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır.

Müşahidələrimiz, vaxtaşırı ictimaiyyət nümayəndələri ilə səmimi görüşləriniz, göstərdiyiniz sadəlik nümunələri və həyata keçirdiyiniz məqsədyönlü islahatlar bunu deməyə əsas verir ki, Siz hər bir Azərbaycan vətəndaşının prezidentiniz və səmimi desək və yaratdığınız sağlam, münbit, təhlükəsiz cəmiyyətə görə xalqımız Sizə borcludur, minnətdardır və həmişə ətrafınızdadır.

Sizin uğurlu kadr siyasətiniz xüsusi alqışlara layiqdir. Prezidentliyiniz dövründə vətənini, xalqını ürəkdən sevən, pak əməlləri ilə xalq arasında nüfuz qazanan, savadlı, sanballı insanlardan ibarət monolit kadr korpüsü formalaşdırmısınız.

Ədalət naminə qeyd etmək yerinə düşər ki, təyin etdiyiniz nomenklatur kadrların böyük əksəriyyəti vəzifələrinin öhdəsindən layiqincə gəlir, etimadınızı doğruldur. Bütün bunları, habelə sadalanmasına zaman lazım olan digər işlərinizi, zəfərlərinizi görməmək və görüb dəyərləndirməmək ən azından nadanlıq ola bilər.

Lakin cənab Prezident, təəssüflə də olsa xüsusi vurğulamaq zərurəti yaranır ki, belələrinin arasında yeritdiyiniz siyasətə müqavimət göstərən, müxalifət dəyirmanına su tökən, insanlarla dövlət arasında çaxnaşma, sosial gərginlik yaratmağa çalışan Quba Rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev kimiləri də var!”

İş adamı daha sonra müraciətində icra başçısını onun obyektini ələ keçirmək cəhdində ittiham edir:
“Hörmətli cənab Prezident, Sizi səmimiyyətimə inandırmaq istəyirəm ki, mən təbiətcə çox təmkinli, səbirli və dözümlü insanam. Bu günlərimizə qədər heç bir orqana ərizə, şikayət yazıb göndərməmişəm. Lakin sahibkar olaraq İcra Başçısı Ziyəddin Əliyevin hərtərəfli təzyiqlərinə, təqiblərinə məruz qalmağım Prezidentim olaraq qapınıza pənah gətirməyimi qaçılmaz etmişdir.

İzn verin, cənab Prezident, Ziyəddin Əliyevin başıma gətirdiyi müsibətlərin qısa təfərrüatını xatırladım:
Mən keçən illər ərzində minbir əzab-əziyyətlə Quba-Qəçrəş turizm bölgəsində 16 nəfər işçini özündə birləşdirən otel qurub yaratmışam. İlk illər otel mənfəətlə işləyirdi. Evimizə, ocağımıza bir loxma çörək apara bilirdik.
Lakin Ziyəddin Əliyev rayona başçı təyin olunduğu ilk günlərdən bizim obyekti xüsusi hədəfə götürdü, onun tapşırığı ilə hüquq-mühafizə orqanlarının məsul əməkdaşları obyektə ayaq açdılar, müdaxilələrə başladılar və beləliklə də başçının hərtərəfli təqiblərinə məruz qaldıq. Ziyəddin Əliyev vəzifə səlahiyyətlərini aşaraq bütün mümkün vasitələrdən maksimum istifadə edərək oteli əlimdən alıb, özününküləşdirmək istəyir. Mənə məxsus otelin bütün ətrafını, obyektləri, sahəni ya dəyər-dəyməzinə, ya da zorakılıqla alıb özününküləşdirib. İcra başçısı rayona işləməyə, sosial problemlərin həlli ilə məşğul olmağa yox, sərvət, sərmayə toplamaq üçün gəlib. Özü də o qədər varlanıb ki, artıq gözləri ayağının altını görmür, insanlara 3-cü sort kimi baxır.


Təsəvvür edin ki, Quba rayon Reklam Agentliyinə 4 ay əvvəl otelin ünvanını, məkanını əks etdirən lövhələrin hazırlanması üçün sənədləri təqdim etmişəm. Lakin başçının xüsusi tapşırığına əsasən sifarişi icra etmirlər.
Hörmətli cənab Prezident, Respublika rəhbərisiniz, Sizin siyasi kursunuzun mərkəzində Azərbaycan vətəndaşı, onun məşğuliyyəti durur. Siz həmişə çıxışlarınızda sahibkarlığın inkişafına maneə yaradanları cəzalandıracağınızı deyirsiniz.

İl yarımdır öz mənafeyi naminə 16 nəfəri işsiz qoyub, müəssisəni bağlatdıran özbaşına məmura nə ad vermək olar?”

Sahibkar onu da qeyd edib ki, işçilər və yaxınları etirazlara çıxmaq istəsələr də, qarşısını alıb: “Rəhbəri olduğu və il yarımdır qapıları bağlanmış otelin əməkdaşları başçının haqsızlığı, zorakılığı ilə əlaqədar İcra Hakimiyyəti qarşısında doğmaları, yaxınları ilə bərabər dəfələrlə etiraz aksiyası keçirmək istəyiblər. Lakin imkan verməmişəm. Mən istəmirəm bizim əlimizlə rayonda ictimai-siyasi sabitlik pozulsun.

Cənab Prezident, çox böyük ümidlə Sizə müraciət edirəm və güman edirəm ki, İcra Başçısının özbaşınalığına, zorakılığına son qoyulacaq, ədalət şər üzərində zəfər çalacaq!”

Daha sonra azpolitika.info onu da qeyd edib ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev adı qalmaqallarda ən çox hallanan icra başçılarından biridir. Bir müddət əvvəl onun Çexiyada, Ukraynada və Avropanın digər ölkələrində iri biznes şəbəkəsinbin olduğuna dair faktlar, sənədlər yayılmışdır.

Qeyd olunan ittihamlarla bağlı Quba Rayon İcra Hakimiyyətinin və şəxsən Ziyəddin Əliyevin mövqeyini işıqlandırmağa hazırıq.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR