18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Moskvada xüsusi təyinatlının ölümü ilə bağlı daha bir erməni həbs olundu
Moskva məhkəməsi Baş Kəşfiyyat İdarəsinin keçmiş xüsusi təyinatlısı Nikita Belyankinin ölümü ilə nəticələnmiş davanın iddia olunan səkkizinci iştirakçısı barədə iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
Emtv.az xəbər verir ki,bu barədə TASS Krasnoqorsk şəhər məhkəməsinə istinadən məlumat yayıb.
“Krasnoqorsk şəhər məhkəməsinin qətnaməsinə əsasən, şübhəli Hamlet Romikoviç Ayrapetyan barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun vəsatəti təmin edilib”, - deyə məhkəmədən bildiriblər.
Ona qarşı RF Cinayət Məcəlləsinin 213-cü maddəsinin ikinci hissəsi üzrə (qabaqcadan əlbir olma yolu ilə bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq) cinayət işi açılıb.
Qeyd edək ki, bundan əvvəl, ötən həftə sözügedən işlə bağlı yeddi nəfər həbs olunmuşdu. Onlardan biri – Sergey Xocanyan Belyankini qətlə yetirməkdə, qalanları isə xuliqanlıqda təqsirləndirilir.
Bundan əvvəl İstintaq Komitəsi kütləvi davada 10-a yaxın insanın iştirak etdiyini bildirirdi.
24 yaşlı Nikita Belyankin Krasnoqorsk rayonunun Putilkovo kəndində yerləşən pivəxanada düşən kütləvi dava zamanı öldürülüb. Keçmiş xüsusi təyinatlı kütlənin ayaqlar altına aldığı iki kişini müdafiə etməyə çalışıb və bu zaman döş nahiyəsindən ölümcül bıçaq zərbəsi alıb.
Seymur Rəhimov
Emtv.az