18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Rusiyada keçmiş xüsusi təyinatlının qətlində ittiham olunan 8-ci erməni tutuldu
Rusiya İstintaq Komitəsi Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) keçmiş xüsusi təyinatlısı Nikita Belyankinin qətlində əli olan 8 ermənini saxlayıb. Bu barədə komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki,onun sözlərinə görə, cinayət işi çərçivəsində əvvəl 7 nəfər həbs edilib.Onlardan biri qətldə, 6 nəfər isə xuliqanlıqda ittiham olunur. Saxlanılan səkkizinci şəxs istintaq altındadır. Kütləvi davada 10 nəfər iştirak edib. Bundan əvvəl xuliqanlıq maddəsi ilə davanın daha iki iştirakçısı - Narek Stepanyan və Suren Markosyan saxlanılıb. İyunun 5-də qətli törətməkdə şübhəli bilinən Sergey Xocayan da həbs edilib. O, özünü təqsirkar bilməyib:
Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş yefreytoru, 24 yaşlı Nikita Belyankin Moskva ətrafı Putilkovo qəsəbəsində iyunun 1-də gecə saat 23:30 radələrində öldürülüb.Belə ki, Belyankin sevgilisi ilə barın qarşısından keçərkən onlarla qafqazlının iki kişini döydüyünü görüb. Döyülənləri müdafiə etmək üçün ortaya atılan yefreytor ürəyindən bıçaqlanıb. O, hadisə yerində keçinib.
Aysu Əliyeva
Emtv.az