18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Yol Polisi avtomobili saxladı, içində mənşəyi bilinməyən 180 kq ət aşkar edildi
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
Emtv.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətin-ə istinadən xəbər verir ki, növbəti belə tədbir daxil olmuş məlumat əsasında iyunun 8-də Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bərdə şəhəri ərazisində keçirilib. Daxil olmuş məlumat əsasında rayon sakini R.Məmmədovun idarə etdiyi "VAZ-21074" markalı avtomobil şəhər ərazisində yol polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı mənşəyi məlum olmayan, çəkisi 180 kiloqram olan ət aşkar edilərək götürülüb.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
Araşdırmalar aparılır.
Seymur Rəhimov
Emtv.az