17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Mənşəyi bilinməyən 500 kilo ət aşkarlandı
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
Emtv.az DİN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, növbəti belə tədbir DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə noyabrın 15-də Göyçay rayonu ərazisində keçirilib.
Birgə tədbirlərlə noyabrın 15-də saat 7 radələrində Göyçay rayonu ərazisində Mingəçevir şəhər sakini Məhəmməd Mehdiyevin idarə etdiyi “QAZ-3110” markalı avtomobilin yük yerindən mənşəyi bilinməyən, çəkisi 500 kiloqram ət aşkar edilərək götürülüb.
Ətdən götürülmüş nümunələr ekspertiza keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
Seymur Rəhimov,
Emtv.az
Paylaş: