SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Ramil Usubovun cangüdəninin məhkəməsində gözlənilməz qərar - DEPUTATIN OĞLU DİNDİRİLƏCƏK

10-06-2019, 12:25 | Oxunub: 13 704 |

Ramil Usubovun cangüdəninin məhkəməsində gözlənilməz qərar - DEPUTATIN OĞLU DİNDİRİLƏCƏK

"Range Rover”lə qəza törədən Xəyal Məmmədovun məhkəməsi keçirilib.

Emtv.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə gözlənilmədən məhkəmə istintaqı yenilənib.

Ötən proses istintaq bitmiş, prokuror X. Məmmədovun 7 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Hakim bildirib ki, iş materiallarında bir sıra uyğunsuzluqlar, pozuntular var. Onların araşdırılması üçün istintaqın təzələnməsinə qərar verilib.

Hakim ziddiyyətlərdən biri kimi onu göstərib ki, hadisə yerinə baxış protokolunu imzalayanlar qəza ilə bağlı sxemi imzalamayıblar.

Onların arasında Binəqədi rayon prokurorunun müavini Elgiz Qənizadə və Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi də olub.

Daha iki nəfər polis əməkdaşı – Qalib Məhərrəmov və Maşallah Paşayev isə orada olsalar da, ümumiyyətlə, sənədlərin heç birini imzalamayıblar. Ona görə də məhkəmə qərar verib ki, bu dörd nəfərin hamısı dindirilməlidir.

Xatırladaq ki, Binəqədi rayon prokurorunun müavini Elgiz Qənizadə deputat Çingiz Qənizadənin oğludur.

Proses iyunun 11-ə təyin edilib.

Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi "Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi "Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində "Ford”un sürücüsü və sərnişini - Orxan Orucov ilə Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman "Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.

Onu da qeyd edək ki, X. Məmmədov daxili işlər naziri Ramil Usubovun mühafizə xidmətində çalışdığı və onun cangüdəni olduğunu deyib.

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR