SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Piyadanı vuran “Range Rover”in sahibi haqda yeni məlumat - İLGİNC

4-05-2019, 10:39 | Oxunub: 8 662 |

Piyadanı vuran “Range Rover”in sahibi haqda yeni məlumat - İLGİNC

Emtv.az xəbər verir ki,Bakıda bir neçə gün öncə dəhşətli qəza törədən “Range Rover”in sürücüsü Mahir Əsədov haqda yerli KİV-lərə məlumat daxil olub.

Həmin məlumatda bildirilir ki, Mahir Əsədov tikinti maqnatı, biznesmendir. Onun şirkətinin “Ağ şəhər”də bir neçə bina inşa etdirməsi, hakimiyyətdə güclü dayaqlarının olduğu da gələn məlumatlar sırasındadır.

Mahir Əsədovun idarə etdiyi “Range Rover” markalı, Az 90 OG 002 nömrəli avtomobil aprelin 30-u saat 22 radələrində Nizami rayonu, M.Əliyev küçəsində, “Neolit” şadlıq sarayının qarşısında piyada 1978-ci ildə anadan olmuş Rüfət Məmmədovu vurub. Piyada zərbənin təsirindən yolun qarşı hərəkət hissəsinə atılıb, bu zaman “Mersedes” markalı başqa avtomobil də piyadanın üstündən keçib. Mahir Əsədov avtomobili saxlamayıb və sürətlə hadisə yerindən uzaqlaşıb. Piyada 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb, hazırda vəziyyəti kritik ağır olaraq qalır, həyatına təhlükə var.

Mahir Əsədovun Az 90 OG 002 dövlət nömrə nişanı daşıyan, dəyəri 100 min dollardan yuxarı olan azı 3 avtomobilin sahibi olduğu məlumdur. Bu barədə fotoları sosial şəbəkələrdə görmək olar.


Piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsini Nizami rayon Polis İdarəsinin müstəntiqi Vüsal Rzayev araşdırır. Müstəntiq Mahir Əsədovla bağlı açıqlama vermək istəməyib. Maraqlıdır ki, Nizami Rayon Məhkəməsində “Mercedes” markalı avtomobilin sürücüsü Seyhun Məmmədovun barəsində həbs qəti imkan tədbiri seçilib, Mahir Əsədov isə sərbəst buraxılıb. Hansı ki, piyadanı Mahir Əsədov vuraraq, qarşı yolla gələn “Mercedes”in altına atıb...

Aysu Əliyeva
Emtv.az



Piyadanı vuran “Range Rover”in sahibi haqda yeni məlumat - İLGİNC
Piyadanı vuran “Range Rover”in sahibi haqda yeni məlumat - İLGİNC

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR