18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycan Rusiya bazarlarından Çin məhsullarını sıxışdıracaq
Rusiya Azərbaycan ərzaq məhsulları idxalını artırmaq niyyətindədir. Bunu Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində keçirilən “Rusiya-Azərbaycan” biznes dialoqunda bildirib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki,nazir hazırda Azərbaycandan ərzaq məhsulları tədarükünün artım tempinin yaxşı səviyyədə olduğunu bildirib. M.Oreşkinin sözlərinə görə, mövcud vəziyyətə əsasən, Rusiya bazarında Türkiyə və Çin məhsulları üstünlük təşkil edir.
Nazir əlavə edib ki, Rusiya tərəfi Azərbaycandan məhsullarının Rusiya bazarlarına hansı həcmdə tədarükünün mümkün olduğunu göstərmək istəyir.
Azərbaycanlı həmkarı Şahid Mustafayev ötən il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 19 faiz artdığını, 2019-cu ilin ilk rübü ərzində isə 23 faiz çoxaldığını diqqətə çatdırıb.
Nazir ticarət dövriyəsinin daha da artırılması üçün potensialın olduğunu və tərəflərin hər iki hökumətin yaratdığı şəraitdən yararlanmalı olduğunu vurğulayıb.
“Biz uzunmüddətli əməkdaşlığa ümid edirik. Əldə etdiyimiz razılaşmaya görə, Rusiya tərəfi uzun müddətli tələbatları (ərzaq məhsullarına olan – red.) ilə bağlı bizi məlumatlandıracaq”, - deyə nazir bildirib.
Ş.Mustafayev Azərbayca tərəfinin məhsulların hazırlanması, logistikası və emalını təmin etməyə və onların vaxtında Rusiya bazarına çıxarılması üçün (Rusiya tərəfi ilə birgə) əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2,55 milyard dollar, 2019-cu ilin ilk rübündə isə 839,08 milyon dollar təşkil edib.
Sevinc Əlimova
Emtv.az