18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Rusiya Azərbaycan, Ermənistan və Belarusdan pomidor idxalını məhdudlaşdırdı – Xəbərdarlıq
Rusiyanın “Rosselxoznadzor” federal xidməti Azərbaycan, Ermənistan və Belarusdan pomidor idxalına nəzarəti gücləndirdiyini elan edib.
Emtv.az xəbər verir ki, agentlik bunu həmin ölkələrin Rusiya bazarına “qadağan olunmuş məhsullar” göndərmək cəhdləri ilə əsaslandırıb.
“Son vaxtlar Azərbaycan, Ermənistan və Belarusa sonradan Rusiyaya ixrac edilmək üçün nəzərdə tutulan qadağan edilmiş məhsullarının idxalı artıb. Həmin ölkələr bu məhsulları öz məhsulları adı altında Rusiyaya ixrac etməyə çalışacaqlar”-Xidmətin xəbərdarlığında bildirir.
“Rosselxoznadzor” daha sonra bildirir ki, bitki mənşəli qadağan olunmuş məhsulların Rusiya bazarına daxil olmasıı istisna etmək üçün agentlik adları çəkilən ölkələrin səlahiyyətli orqanlarını hər pomidor yeşiyinin üstündə məhsulun istehsalçısı və dəqiq ünvanı barədə məlumatların göstərilməsinin zəruriliyi barədə xəbərdar edib. “Rusiya ərazisinə daxil olan və taraların üzərində həmin informasiyalar yer almayan pomidorlar onların mənşəyinin araşdırılması üçün saxlanılacaq”-xəbərdarlıqda deyilir.
Qeyd edək ki, Rusiya hakimiyyəti bundan əvvəl də Türkiyə pomidorlarının Azərbayan, Belarus və Ermənistan üzərindən Rusiya bazarına ixrac edildiyini bildirib. Rusiya Türkiyə pomidorlarının idxalına embarqo qoyub və iddia edir ki, Azərbaycan, Belarus və Ermənistan Türkiyə pomidorlarını ucuz qiymətə alaraq onu öz məhsulları kimi markalayır, daha sonra qonşu ölkə bazarına ixrac edir.
Azərbaycan tərəfi isə bu iddianı hər dəfə təkzib edib, “Rosselxoznazor”un nümayəndələrini pomidor istehsal edilən istixana komplekslərinə dəvət edib onları məhsulun harada istehsal olunduğu ilə tanış etməyə hazır olduğunu bildirib. Bununla belə müntəzəm olaraq Azərbaycandan daşınan pomidorlar Rusiya ilə sərhəddə saxlanılır, Türkiyə pomidoru olması şübhəsi əsas gətirilərək bazara buraxılmır.
Azərbaycanda son illər istifadəyə verilən iri müasir istixanalar sayəsində pomidor istehsalı dəfələrlə artıb. Ermənistanda isə istixanaların artmadığı halda pomidor istehsalı dəfələrlə artıb və bu da ermənilərin həqiqətən Türkiyə pomidorlarını öz məhsulları adı altında Rusiyaya ixrac etdiyini göstərir. Onuda qeyd edək ki, Virtualaz.org bildirir ki, Azərbaycana gəldikdə isə “Rosselxoznadzor”un iradları haqlı deyil.
Emtv.az