18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
91 nəfər dərmandan, 57 nəfər alkoqollu içkidən zəhərlənib
"Azərbaycanda yanvar ayından indiyədək 91 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə (KTM) müraciət edib".
Emtv.az xəbər verir ki, bunu yerli KİV-ə KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, müraciət edənlər əsasən antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qalıblar.
A.Maqsudov qeyd edib ki, bu il ərzində 57 nəfər alkoqollu içkidən zəhərləndiyi üçün xəstəxanaya yerləşdirilib.
Bu il ərzində 64 nəfər dəm qazından zəhərlənmə şikayəti ilə KTM-ə müraciət edib.
Ümumilikdə bu ilin aprel ayında 6, may ayında 16 nəfər ilan zəhərlənməsi, apreldə 14 nəfər, mayda 21 nəfər dərman zəhərlənməsi, apreldə 12 nəfər, mayda 17 nəfər dərmanların əlavə təsirləri, apreldə 16 nəfər, mayda 6 nəfər dəm qazı, mayda 3 nəfər qərəb, 1 nəfər qara qurddan (apreldə qeydə alınmayıb), apreldə 3 nəfər, mayda 4 nəfər sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bu il ərzində zəhərlənməyə məruz qalaraq xəstəxanaya yerləşdirilənlər arasında ölüm halı baş verməyib.
Aysu Əliyeva
Emtv.az