17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bu il dəm qazından 471 nəfər zəhərlənib
Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə bu ilin yanvar-oktyabr ayları ərzində dəm qazından zəhərlənmə diaqnozu ilə 471 nəfər müraciət edib.
Emtv.az xəbər verir ki, bunu bunu mətbuata Səhiyyə Nazirliyinin KTM-nin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilənlər arasında ölüm halı qeydə alınmayıb. Zəhərlənmələrin hamısı evdə baş verib.
A.Maqsudov qeyd edib ki, dəm qazından zəhərlənənlərin 70 faizi kişi, 30 faizi qadın olub. Müraciət edənlər daha çox 25-40 yaşlı və yaşı 55-dən çox olan şəxslər olub. Dəm qazından zəhərlənənlərin 24-ü uşaq olub.
A.Maqsudov dəm qazından zəhərlənmələrin sayının ötən ilin müvafiq dövrü üzrə olan göstərici ilə demək olar ki, eyni səviyyədə olduğunu söyləyib.
O əlavə edib ki, bu ilin sentyabr ayına kimi ilan sancmalarına görə, 96 nəfər müraciət edb. Müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb. Bu il göbələklərdən 9 nəfər zəhərlənib.
Emtv.az