17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Rayonlardan Bakıya sərnişin axını artıb - Səbəb
Ramazan bayramı ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) bölgə avtovağzallarından əvvəlcədən bilet əldə edən sərnişinlərlə bağlı daxil olan statistikaya əsasən bayramı həftəsonuna qədər regionlarımızda keçirəcək vətəndaşlarımızın rahat şəkildə daşınmasını həyata keçirmək məqsədilə gücləndirilmiş iş rejimi ayın 10-na qədər uzadılıb.
Emtv.az xəbər verir ki,bu barədə yerli KİV-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi istisna olmaqla bu rejim ayın 7-nə qədər olan dövrü əhatə edirdi:
"Ümumilikdə bu gün ərzində regionlardan paytaxta sərnişin axınının üstünlük təşkil edəcəyi gözlənilir. Bu saata qədər 11770 nəfər regionlardan paytaxta sərnişin daşınıb. Günün sonuna qədər bu rəqəmin 19000-ə yaxın olacağı gözlənilir. Bayram səfərindən istifadə edib həftə sonunu bölgələrimizdə keçirəcək sərnişinlərimiz istirahətlərini başa vurduqdan sonra paytaxta geri dönüş zamanı ehtiyat avtonəqliyyat vasitələri ilə təmin olunacaqlar.
Bu dəfə müraciətimiz təkcə avtobus sürücülərinə deyil, eyni zamanda sərnişinlərimizədir: bayram günlərində magistral yollardakı sıxlığı nəzərə almadan idarə etdikləri avtonəqliyyat vasitəsinin sürət həddini artıran, avtonəqliyyat vasitəsini təhlükəli idarə edən sürücülərlə bağlı 012 566-52-58 nömrəsinə avtobusun dövlət nömrə nişanı barədə məlumat versinlər. Digər sərnişinlərin istəyi xaricində görüntülənmə ehtimalları olduğu üçün video görüntü çəkməyinizə lüzum yoxdur".
Nəzrin Abbaszadə
Emtv.az