SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bakı-Qazax yolunda qəzaya uğrayan avtobusun sürücüsü işdən qovuldu

30-03-2019, 14:16 | Oxunub: 12 804 |

Bakı-Qazax yolunda qəzaya uğrayan avtobusun sürücüsü işdən qovuldu

Bu gün səhər saatlarında "Araz Trans" MMC-yə məxsus Tiflis-Bakı istiqamətində sərnişin daşıyan iritutumlu avtobusun qəzaya uğraması nəticəsində ciddi xəsarət alan olmayıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək və Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Trend-ə bildirib ki, hadisə nəticəsində 3 nəfər yüngül xəsarət alıb.

DANX rəsmisi qeyd edib ki, "Araz Trans" MMC-nin rəhbəri Bəsti Məmmədova quruma məlumat verərək bildirib ki, avtobusu idarə edən sürücü ilə müqaviləyə bazar ertəsi xitam veriləcək.

Məlumat üçün qeyd edək ki, surucu Gürcüstan vətəndaşıdır.

Xatırladaq ki, bu gecə saat 03 radələrində Bakı-Qazax yolunda sərnişin avtobusu qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə Bakı-Qazax yolunun 70-ci kilometrliyində, yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib.

Tbilisidən Bakıya hərəkət edən "Mercedes" markalı DZ 772 OH Gürcüstan dövlət qeydiyyat nişanlı avtobus idarəetməni itirərək yolun kənarında dayanmış "QAZ-53" markalı yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan 3 nəfər 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR