18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
55 min manata narkotik satmaq istəyərkən saxlanılıblar
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Binəqədi rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş S.Babayev və Lənkəran şəhər sakini V.Mirişov 1 kiloqram 310 qram yüksək psixotrop təsirə malik narkotik vasitə olan metamfetamin və 10 qramdan artıq heroini 55.000 manata satmaq istəyən zaman saxlanılıblar.
Emtv.az Daxili İşlər Nazirliyi Mətbuat xidmətin-ə istinadən xəbər verir ki, istintaq zamanı müəyyən edilib ki, metamfetamin və heroini V.Mirişov şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından əldə edib. Daha sonra o, tanışı S.Babayevdən narkotik vasitələri satmaq üçün müştəri tapmasını istəyib və bunun müqabilində ona 5000 manat verəcəyini vəd edib. Həmin şəxslər narkotik vasitələri satmaq istəyən zaman iş başında tutulublar.
Baş İdarə əməkdaşlarının narkotik vasitələrinin mənbəyinin müəyyən edilməsi istiqamətində həyata keçirdikləri əməliyyat tədbirlərinin davamı olaraq dəstənin daha bir üzvü - Beyləqan rayon sakini O.Əhmədov da müəyyən edilərək saxlanılıb.
Saxlanılan şəxslərə məxsus "Opel" markalı avtomobilə baxış zamanı əlavə olaraq 2 kiloqramdan artıq heroin götürülüb. Həmçinin O.Əhmədovun Beyləqan rayonunda tanışının evində gizlətdiyi 2 kiloqramdan artıq satış üçün nəzərdə tutulmuş heroin də aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Aynurə Kərimova
Emtv.az