SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Şirkətin əvvəlki nifuzunu bərpa etmək isə mümkün deyil...

5-06-2019, 15:23 | Oxunub: 9 401 |

Şirkətin əvvəlki nifuzunu bərpa etmək isə mümkün deyil...


Neçə gün əvvəl ölkənin bir neçə xəbər portalında “Avromed” dərman firmasının banisi, millət vəkili Cavanşir Feyziyev barəsində maraqlı məlumat yayıldı.

Emtv.az xəbər verir ki,çox keçmədən əksər saytlardan sürətlə yığışdırılan bu xəbərdə qeyd olunurdu ki, “Avromed” dərman firmasının rəhbəri, deputat Cavanşir Feyziyev hazırda həbsdə olan “Quska” ləqəbli keçmiş deputat Hüseyn Abdullayevdən dəyəri 10 milyonlarla ölçülən obyekt alıb. Bu fakt ölkə gündəmini tez bir zamanda zəbt etdi və məsələdə bir neçə şəxsin, o cümlədən məşhur müğənni Gülyaz Məmmədovanın adı keçdi.

Bu arada millət vəkili Cavanşir Feyziyev iddia etdi ki, 2015-ci ildə növbəti parlament seçkilərindən sonra “Avromed”də təsisçilik hüququndan imtina edib və öz səhmlərini satıb. Əcəba Cavanşir Feyziyev bu səhmləri kimə satıb? Onu təsisçilik hüququndan imtina etməyə nə vadar edib? Bu suallar hələ də açıq qalır. (?)

Daha sonra bizimxeber.az onu da qeyd edib ki, ölkənin dərman bazarında öz yerini sürətlə itirən “Avromed” rəhbərliyi regionlardakı 10-dan artıq filiallarını mərhələli olaraq bağlamaq qərarına gəlib. Pfizer, Novartis, Roche, Sanofi-Aventis, Abbot, Alcon, Berlin Chemie, Novo Nordisk, Eli Lilly, Takeda kimi əczaçılıq nəhəngləri artıq bu şirkətlə əməkdaşlığı dayandırır. Hətta bəziləri ilə aylardı əməkdaşlığa son qoyulub.

Həmçinin dərman bazarında keyfiyyətin və qiymətlərin nəzarətə götürülməsi “Avromed”-i çətin duruma salıb. Şirkətə yaxın olan şəxslər iddia edir ki, “Avromed” 1 ildən artıqdır ki, ziyanla işləyir və ancaq bazarda dayanmağa çalışır. Şirkətin əvvəlki nifuzunu bərpa etmək isə mümkün deyil.

Əvəllər ölkə ərazisində fəaliyyət göstərən 2000 aptekin təchizatçısı olan “Avromed” indi bu rəqəmi 500-700 -ə qədər azaldıb. Daha bir qəribə rəqəm isə şirkətin inkişaf dinamikası ilə bağlıdır. Şirkətin illik inkişaf dinamikasındakı rəqəmlər şokedicidir.

Mənbə bildirir ki, hazırda ölkəmizdə onlarla dərman firması fəaliyyət göstərir və “Avromed” bu şirkətlərlə rəqabət apara bilmir. Hazırda “Avromed” öz yerini “Azerimed” derman firmasına uduzub. Bu o deməkdir ki, “Avromed”, “Azerimed” və “Asfarma” kimi nəhənglərin qarşısında duruş gətirə bilməyəcək…



Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR