18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
DEPUTAT FEYZİYEV “QUSKA”nın OBYEKTİNİ 10 MİLYONA ALIB – Müğənninin adına…
Quska” ləqəbi ilə tanınan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işinin araşdırması zamanı xeyli maraqlı məqamlar ortaya çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Avromed” dərman firmasının rəhbəri, deputat Cavanşir Feyziyev bir neçə il əvvəl “Quska”dan dəyəri 10 milyonlarla ölçülən obyekt alıb.
İstintaq zamanı müəyyən olunub ki, 2014-cü ildə Hüseyn Abdullayevin mərhum atasının adına olan və Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetr qeyri-yaşayış sahəsini millət vəkili Cavanşir Feyziyev öz oğluna alıb.
Qeyd edək ki, tərəflər arasında alqı-satqı “Quska” həbs edilməzdən əvvəl – 2013-2014-cü illərdə həyata keçirilib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, həmin zaman isə Hüseyn Abdullayev Almaniyada yaşayırdı.
Almaniyada siyasi sığınacaq alan “Quska” ləqəbi ilə tanınan Hüseyn Abdullayevin obyekti deputat Cavanşir Feyziyevin adamlarının iştirakı ilə 3 nəfərin adına sənədləşdirilib.
Yəni, deputat adının hallanmaması üçün ilk mərhələdə obyekt 3 fərqli adamın adına rəsmiləşdirib. Onlar Sücəddin Kərimov, Yelizaveta Əlizadə və məşhur müğənni Gülyaz Məmmədova olub.
Hər üç şəxsi notariusda etibarnamə ilə başqa adamlar təmsil edib.
Etibarnamə ilə çıxış edib alqı-satqı müqaviləsinə imza atanlardan biri də “Avromed”in şöbə rəisi Dadaş Rzayevdir.
Daha sonra həmin şəxslər milyonluq obyekti C.Feyziyevin oğlu Orxanın adına keçiriblər.
Rəsmi sənədlərdən isə məlum olub ki, obyektin faktiki rəhbəri Hüseyn Abdullayev olsa da, atası Abbas Abdullayevin adına olub.
Cavanşir Feyziyev də istintaqa cəlb olunaraq bu hadisə barədə şahid qismində dindirilib.
Ancaq qəribə də olsa, müğənni Gülyaz Məmmədova istintaqın ortaya çıxardlğı bu faktı təkzib etməyə çalışıb.
Hətta istantaq materiallarında əks olunan bu faktın ictimailəşməsinə görə, utanmadan mətbuatı ittiham edib.
O, deputat Cavanşir Feyziyevin hazırda həbsdə olan keçmiş deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevdən aldığı obyektin onun adına rəsmiləşdirməsində aydınlıq gətirərkən yerli mətbuata bildirib ki, onun bu məsələyə heç bir aidiyyəti yoxdur:“Yazılanların heç bir əsası yoxdur. Bu səbəbdən bu barədə danışmağa dəyməz”.
Müğənni yerli KİV-ə açıqlamasında isə 10 milyonluq obyekti özünün aldığını iddia edib:“Cavanşir Feyziyev bizim qohumumuzdur. Ona görə də jurnalistlər bu məsələdə bağlılıq axtarır. Hamı əmlak ala bilər, bəli, mən də əmlak almışam, amma özüm almışam və obyekt mənim adıma olub. Bu çoxdan olub-bitmiş məsələdir, kimsə qurdalayıb, ortalığa çıxardır. Məsləhət görürəm ki, açıb-ağardılmasın. Ümumiyyətlə, son vaxtlar sənətinə hörmət edən şəxslər barəsində başqa söhbətlər, məlumatlar dərc edirlər. İnsanlar boş qalmır. Müğənnilərdən nə istəyirlər?”
Müğənni “Quska” ləqəbli Hüseyn Abdullayevi tanımadığını da bildirib: “Hüseyn kimdir? Mən ümumiyyətlə onu tanımıram”.
Ancaq maraqlıdır, tanımadığı adamdan 10 milyonluq obyekti necə alıb? Və bu obyekt soradan niyə Cavanşir Feyziyevin oğlu Orxanın adına keçirilib?
Belə görünür ki, bəzi müğənnilər özlərini ağıllı, ictimaiyyəti isə onların hər sözünə inanacaq qədər sadəlöv hesab edirlər…
Sevinc Əlimova,
Emtv.az