SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Londonda növbəti Zamirə Hacıyeva qalmaqalı - gizli milyonçu kimdir

4-06-2019, 10:58 | Oxunub: 11 610 |

Londonda növbəti Zamirə Hacıyeva qalmaqalı - gizli milyonçu kimdir

Əkrəm Həsənov: “Azərbaycandan Londona qeyri-qanuni pullar qaçıranlar sərvətlərini itirmək təhlükəsi ilə üz-üzədirlər”

Emtv.az xəbər verir ki,Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərinin həyat yoldaşı Zamirə Hacıyevadan sonra Britaniyada daha bir əcnəbi zəngin “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində araşdırmalara cəlb olunub. Britaniyalı istintaqçılar Londonda ümumilikdə 80 milyon funt-sterlinq dəyərində 3 daşınmaz əmlaka xərclənən pulların mənbəyini istəyir.

Hüquq-mühafizə orqanları güman edirlər ki, əmlak qanunsuz yollarla əldə edilən vəsait hesabına alına bilərdi. Bundan əlavə, məhkəmə əmlakın üzərinə həbs qoyub: istintaqın getdiyi dövrdə onu satmaq, bağışlamaq və ya bölmək olmaz. Söhbətin hansı obyektlərdən getdiyini və onların sahibinin kim olduğunu agentlik açıqlamır. Yalnız o bildirilir ki, əmlak “ciddi cinayətlərdə iştirakının olmasında şübhəli bilinən, siyasi cəhətdən əhəmiyyətli şəxs”lə bağlıdır. Bildirilir ki, hər 3 obyekt Londonun “nüfuzlu rayonlar”ında yerləşir, ümumi qiymətləri 80 milyon funt-sterlinqdir və ofşorlar vasitəsilə idarə olunub.

NCA-in məlumatında deyilir ki, ilk dəfə order 2018-ci ilin fevral ayında verilib və həbs edilmiş azərbaycanlı bankir Cahangir Hacıyev və onun arvadı Zamirənin mülkiyyətində olduğu hesab edilən Londondakı 2 yaşayış sahəsinə aiddir. NCA-in tərkib hissəsi olan Milli İqtisadi Cinayətlər Mərkəzinin baş direktoru Qrem Buqqarın sözlərinə görə, elit daşınmaz əmlakın alışı əksər hallarda pulların yuyulması üçün istifadə olunur.


Zamirə Hacıyeva və Azərbaycandan olması ehtimalı səslənən, hələlik inkoqnito olan yeni “qurban” xərclədikləri pulların qanuni mənşəyini sübut etsələr, iş bağlanacaq və əmlaka qoyulan həbs götürüləcək. Əks təqdirdə NCA məhkəmədən mülklərin müsadirə edilməsini xahiş edəcək, sonra da onları satacaq.

Bu və digər məsələlərlə bağlı tanınmış hüquqşünas Əkrəm Həsənovun fikirlərini öyrəndik.

Hüquqşünas deyir ki, hazırda Böyük Britaniyada araşdırmaların 2-dən artıq şəxslə bağlı getdiyini ehtimal edir: “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində geniş, hərtərəfli araşdırmalar aparılması planı açıqlanıb. Kimlər ki, Londonda sahib olduqları əmlakların əldə olunmasına sərf etdikləri vəsaitlərin mənbəyini açıqlaya bilməyəcəklər, əmlakları əllərindən alınacaq. Güman edirəm ki, Zamirə Hacıyeva bu məsələdə tək deyil. Onun kimi Londonda Azərbaycandan xeyli şəxs var. Bu məsələdə diqqətçəkən məqam araşdırmalara cəlb olunan şəxsin Azərbaycandan olmasıdır. Bu ölkəmiz üçün nə deməkdir? Böyük Britaniya illərdir ki, Azərbaycandan olan oğrular üçün ən yaxşı, ən prestijli yer sayılırdı. Ölkədən çıxardıqları pulları ora daşıyır, orada daşınmaz əmlaka yatırırdılar. Məlum qanunun qəbulu isə həmin pulların əllərindən alınması anlamına gəlir. Azərbaycanlı oğrular Londona qaçırdıqları sərvətləri itirmək təhlükəsi ilə üz-üzədirlər".

Əkrəm Həsənov ehtimal edir ki, yaxın gələcəkdə Zamirə Hacıyeva kimi “qurbanlar”ın sayı kəskin artacaq: “Azərbaycan bu prosesdən qazana bilər, bu, ölkə üçün müsbət haldır. Çünki Azərbaycandan oğurlanan pulları bizə heç kim və heç vaxt qaytarmayacaqdı. Bu qanunun qəbulu həmin pulların bir qisminin belə, ölkəyə qayıtmasına yol açmış ola bilər. Azərbaycandan bundan sonra xaricə pul qaçıranlar anlayacaqlar ki, canları və malları üçün ən təhlükəsiz ölkə elə buradır - Azərbaycan. Böyük Britaniyanın arxasınca digər Avropa ölkələrinin də eyni praktikaya müraciət edəcəkləri gün uzaqda deyil. Artıq xarici ölkələr oğruların cənnətindən sürətlə cəhənnəminə çevirilməkdədir”.

Əkrəm Həsənov deyir ki, xaricdə var-dövləti olan şəxslər Azərbaycan hökuməti ilə danışıqlar aparmaqla pullarını xilas edə bilərlər: “Ölkədən pul qaçıran həmin şəxslər hökumətə müraciət etməklə əmlaklarının tanınmasını istəyə bilərlər. Şərt də belə olar ki, bunun müqabilində həmin əmlakların satışından əldə olunan pulların bir hissəsi ölkəyə qaytarılar.

Buna görə də dəfələrlə təklif etmişəm ki, Azərbaycan maliyyə amnistiyası verməlidir. Əslində bütün inkişaf etmiş ölkələr bu yolu keçiblər. Sadəcə, elan olunmalıdır ki, bu günə qədər kim nə qədər oğurlayıbsa, gətirib xaricdə və daxildə olan həmin əmlakları bəyan etsinlər. Həmin əmlaklara görə büdcəyə 10-20 faiz vergi ödəsinlər. Dövlət bunun müqabilində həmin əmlakları tanısın. Bundan sonra əmlakları onların əllərindən ala bilməyəcəklər. Maliyyə amnistiyası verilməklə yanaşı, bəyan edilməlidir ki, bundan sonra belə bir addımlara yol verənlərə qarşı cinayət təqibi başlanacaq. Aydın məsələdir ki, Azərbaycan kimi ölkələrdə məmurun uzağı 1 milyonu ola bilər. Bu qədər pulu yaradıcı işlə məşğul olmaqla qanuni şəkildə qazanmaq olar. 1 milyondan artıq pulu varsa, deməli, ortada şübhələnmək, araşdırma aparmaq üçün əsaslar var. Azərbaycanda isə 1 milyondan artıq pulu olanlar çoxdur. Belə şəxslərə qarşı addımlar atıb onları qorxutmaq da olmaz. Ən yaxşı halda onlar xaricdəki pullarını ölkəyə gətirməyəcəklər. ”İzahedilməz Sərvət Sərəncamı" Azərbaycan üçün bir şansdır, bu qanundan maksimum yararlanmaq lazımdır".

Daha sonra conflict.az onu da qeyd edib ki, Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva hazırda Londonda ev dustaqlığındadır. O, 500 min funt-sterlinq (təxminən 1,2 milyon manat) girov qarşılığında zaminə buraxılıb və evində nəzarət üçün elektron qurğu yerləşdirilib. Şərtlərə əsasən, xanım Hacıyeva saat 21:00 və 06:00 arası evdə olmalıdır və hər gün Çarinq-Kross polis bölməsinə hesabat verməlidir. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində noyabrın 6-da London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı olub.

Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR