SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Zamirə Hacıyeva Sinqapurda mühakimə olunsaydı...

26-01-2019, 15:24 | Oxunub: 15 666 |

Zamirə Hacıyeva Sinqapurda mühakimə olunsaydı...

Sinqapur qanunlarına əsasən, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Böyük Britaniyada ittiham olunduğu analoji əməllərə görə məhkəməsiz cinayət məsuliyyətinə cəlb edilərdi.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə JDSUPRA nəşrində yer alan məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, 2018-ci il noyabrın 19-da Sinqapur parlamenti ağır cinayətlər və terrorçuluqla mübarizə haqqında qanun qəbul edib və eyni zamanda korrupsiya, narkotiklərin qanunsuz dövriyyəsi və ağır cinayətlər aktına yeni bənd əlavə edib.

Müəlliflər onu da xatırladır ki, 2018-ci ilin fevralında Böyük Britaniyada Cinayətkarlıqla Mübarizə Milli Agentliyi "izahedilməz sərvətlə bağlı order" əldə edib və bunun əsasında Zamirə Hacıyeva Londondakı əmlakın alınması ilə əlaqədar ifadə verməli olub:"Z.Hacıyeva hesabat verməkdən boyun qaçırmağa cəhd edərkən və "İzahedilməz Sərvət Sərəncamı"nın ləğvi ilə bağlı məhkəməyə müraciət edərkən məhkəmə bu müraciət rədd etmiş və sərəncamın ədalətli olduğunu bildirmişdi. Əgər Z.Hacıyeva Sinqapurda istintaqa cəlb olunsaydı, yeni qanuna əsasən məhkəməyə müraciət etməyə ehtiyac olmayacaqdı. Z.Hacıyeva əldə etdiyi əmlak barədə ifadə verməli idi, əks halda o, cinayət törətməkdə ittiham olunacaqdı".

Xatırladaq ki, ötən il noyabrın 6-da Z.Hacıyevanın Londonda həbs edilməsi barədə xəbər yayılmışdı. O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunmuşdu. Sonradan məhkəmənin qərarı ilə müəyyən ödəniş müqabilində zaminə buraxılıb.

Qeyd edək ki, bu sərəncama əsasən Z.Hacıyeva var-dövlətinin hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

UWO Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR