SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Başqa xəstəxanaya aparsaydıq, indi o həyatda qalardı"

4-06-2019, 10:23 | Oxunub: 9 597 |

"Başqa xəstəxanaya aparsaydıq, indi o həyatda qalardı"

Emtv.az xəbər verir ki,Tahirə Abışova həyat yoldaşının həkimlərin qeyri-peşəkarlığının qurbanı olduğunu iddia edir. O, özü bu barədə "Gözətçi"yə şikayət göndərib:

Tahirə Abışova bildirir ki, 29 mart 2019-cu il tarixdə həyat yoldaşı Zakir Cabbarov Respublika Müalicəvi Diaqnostika Mərkəzində ürəyindən əməliyyat olunub. Əməliyyatı Anar Əmrah adlı doktor etdib. O, cərrahiyyə əməliyyatı üçün 8500 manat pul ödədiklərini bildirir. Sonra həyat yoldaşı Zakir Cabbarovun vəziyyəti pisləşdiyi üçün o yenidən müayinə olunub və həkimlər onun bağırsağında problem olduğunu və təcili əməliyyat olunmalı olduğunu bildiriblər.

“Bunun üçün həyat yoldaşım 10 aprel 2019-cu il tarixdə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılov tərəfindən bağırsağından cərrahiyyə əməliyyatı edildi. Buna görə 6340 manat pul ödədik. Bağırsaq cərrahiyyəsindən sonra həyat yoldaşımın vəziyyəti dahada pisləşdi. Həkim müayinə edib dedi ki, qansızma var. Buna görə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılov onu 12 aprel 2019-cu il tarixdə təkrar cərrahiyyə əməliyyatı etdi. Bundan sonra həyat yoldaşımın vəziyyəti günü-gündən pisləşdi. Həkimlər bizə bildirdilər ki, Zakir yaşamayacaq, aparın öz evində qalsın. Biz həyat yoldaşımı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin ambulans maşınına 350 manat verib Ucar rayonunun Ləki kəndinə gətirdik. 25 aprel 2019-cu il tarixdə həyat yoldaşım Zakir Cabbarov Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin savadsızlığı ucbatından dünyasını dəyişdi. Bəlkə də həyat yoldaşımı Respublika Müalicəvi Diaqnostika Mərkəzinə aparmayıb başqa xəstəxanaya aparsaydıq, indi o həyatda qalardı”.

Tahirə Abışova Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin səriştəsizliyi nəticəsində həm həyat yoldaşını itirdiyini, həm də borca düşdüyünü, evinin bütün əşyalarını, həyətin mal-qarasını satıb həyat yoldaşının müayinə və müalicəsinə xərclədiyini bildirib. O, bildirir ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri üst-üstə onlardan 16000 manat pul alsalar da, bununla kifayətlənməyib, əlavə qalmış 5400 manat pulu ödəməyi tələb ediblər. Lakin sonradan şikayət edəcəklərini bilib həmin pulu istəməyiblər.

Tahirə Abışova yalnış diaqnoza görə həkimlərin aldıqları 16000 manat pulu geri tələb edir: “Onlar bizim 16000 manat pulumuzu qaytarmasalar, Səhiyyə Nazirliyinin qarşısında intihar edəcəm. Mən sənədlə, faktlarla subut edirəm ki, həyat yoldaşımı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin savadsızlığı məhv etdi. Çünki bir adamı 15 gün ərzində 3 müxtəlif nahiyyədən ağır cərrahiyyə əmaliyyatına məruz qoymaq, onu qəsdən öldürmək deməkdir. Dünyanın heç bir yerdində belə hal baş verə bilməz. Bunu heç bir savadlı həkim etməzdi ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri etdilər”.

Daha sonra conflict.az onu da qeyd edib ki,Tahirə Abışova bununla bağlı prezidentə və vitse-prezidentə müraciət etdiyini bildirib:

“Mən bu həkimlər barədə prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya şikayət ərizəsi ilə müraciət etmişəm. Həmçinin mətbuat vasitəsi ilə də müraciət edirəm. Çox xahiş edirəm şikayətətimdə göstərdiyim faktları yerində bizim iştirakımızla araşdırb, bizdən aldıqları 16000 manat pulumuzu özümüzə qaytarılmasına köməklik göstərəsiniz. Bizi aldatmış Respublika Müalicəvi Diaqnostika Mərkəzinin rəhbərliyi və adlarını qeyd etdiyim yaramaz həkimlərin barəsində qanuna müvafiq tədbirlər görəsiniz”.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR