18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanda qadın hamamda doğdu - Metlaxın üstünə düşən körpə travma alıb
Azərbaycanda qəfil doğuş nəticəsində doğulan körpə kəllə travması alaraq xəstəxanaya yerləşdirilib.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin açıqladığı məlumata görə, ikinci hamiləliyi olan gənc qadın hamamda olarkən qəflətən sancısı başlayıb və sürətli doğuş nəticəsində dünyaya gələn körpə metlax döşəməyə düşərək kəllə travması alıb. Körpədə sağ təpə-gicgah sümüklərinin xətti sınığı nəticəsində böyük ölçülü epidural və subqaleal hematomalar inkişaf edib.
Körpə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə gətirilib: "Körpənin çəkisi 2,3 kiloqram, başı ovucdan kiçik idi. Belə kiçik körpələr qan itkisinə və cərrahi müdaxiləyə olduqca həssas olur, əməliyyat zamanı qan itkisinə çox diqqət etmək vacibdir".
RMDM-in neyrocərrahı, uzman həkim Azər Əkbərov tərəfindən hematomalar xaric edilib və əməliyyatdan 3 gün sonra körpə stabil vəziyyətdə və nevroloji qüsur olmadan evinə yazılıb.
Aynurə Kərimova
Emtv.az