17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Heydərovlarla bağlı sensasion iddia – Xəbəri özləri yayıb
“Qəbələ” Futbol klubunun sabiq prezidenti, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun oğlu Tale Heydərov hələ də xaricdədir.
Mətbuat yazır ki, Tale Heydərov hazırda xaricdə yaşadığı üçün Azərbaycana gəlmir və guya o atasından küsüb. Hətta atasından küsdüyü üçün “Qəbələ” idman klubunun prezidenti vəzifəsindən istefa verib. Məlumatla bağlı unikal.org-a açıqlama verən babası, millət vəkili Fəttah Heydərov isə bildirib ki, Tale Heydərov xaricdəki biznesi ilə bağlı ölkədə deyil.
Emtv.az xəbər verir ki, Tale Heydərovun atası Kəmaləddin Heydərovdan küsməsi və bu səbəbdən də “Qəbələ”nin prezidenti postundan istefa verməsi xəbərinin özləri tərəfindən planlaşdırılmış məlumat olduğu bildirilir.
T.Heydərovun Bakıda yaşamadığını və ümumiyyətlə, ölkədən kənarda qalması təhlükəsizliklə bağlıdır. Üstəlik Heydərovların xaricidəki biznesinə nəzarət Talehin nəzarəti altındadır. Xəbərə görə, Tale Heydərov Avropada konkret bizneslə məşğuldur və Azərbaycana qayıtmaq niyyətində deyil.
Daha sonra yeni sabah onu da qeyd edib ki,atası Kəmaləddin Heydərovdan küsməsi xəbəri isə planlaşdırılmış şəkildə özləri tərəfindən yayılan xəbərlərdir. Bu xəbərlə ata Heydərov öz övladlarının gələcəkdə yarana biləcək problemlərdən sığortalayır. Hətta Kəmaləddin Heydərov sabah nazir postundan uzaqlaşdırılsa belə, Tale Heydərovun əlindəki biznes atanın deyil, məhz Tale Heydərovun olduğu isbatlanacaq. Sabah Tale Heydərov çıxıb deyəcək ki, mən atamla 5 ildir küsülüyəm və bu biznesi özüm qazanmışam. Atamdan qalan “Qəbələ”dən də imtina etmişəm. Bax beləcə özünü və gələcəyini sığortalamış olacaq.
Aysu Əliyeva
Emtv.az