17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Nazir Kəmaləddin Heydərov vətəndaşları qəbul edib
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov aprelin 28-də Qobustan rayonunda vətəndaşlarını qəbul edib.
Emtv.az-ın apa-ya istinadən xəbərinə görə, nazir Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Qəbələ sakinlərini, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edərək onların müraciətlərinə baxıb.
Nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbul zamanı edilən müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və FHN-in fəaliyyəti ilə bağlı digər məsələlərlə əlaqədar olub.
Qəbulda Kəmaləddin Heydərov, eləcə də nazir müavinləri və struktur rəhbərləri tərəfindən vətəndaşların müraciətləri dinlənilib, onlardan bir qismi yerindəcə həllini tapıb.
Nazir vətəndaşların qaldırdıqları məsələlərin qanunauyğun və operativ həll edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verib.
Emtv.az