18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Aydın Kərimov Xəzərdəki ən dərin quyu ilə bağlı Prezident İlham Əliyevi məlumatlandırdı
![]()
Azərbaycan və Gürcüstanda “Schlumberger” şirkətinin baş meneceri Aydın Kərimov Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz sərgisi çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevi Xəzər dənizində qazılmış ən dərin quyu barədə məlumatlandırıb.
Emtv.az xəbər verir ki,A.Kərimov qeyd edib ki, aprelin 15-də “Abşeron” yatağında ABD-001 quyusunun qazılması zamanı 7 min 411 metr dərinliyə çatmaq mümkün olub.
Onun sözlərinə görə, qazma işləri yataqdakı ehtiyatın həcmini ölçmək məqsədilə aparılıb.
A.Kərimov dövlət başçısının diqqətinə çatdırıb ki, qazma işləri zamanı “Schlumberger” şirkətinin ən müasir texnologiyalarından, o cümlədən, “PowerDrive ©” və “EnduroBlade 360 ©” sistemlərindən istifadə olunub.
A.Kərimov əlavə edib ki, “Abşeron” yatağı qaz kondensatıdır və Xəzər şelfinin 500 metr dərinliyində yerləşir.
“Yataq Bakıdan 100 kilometr cənub-şərqdə və “Şahdəniz” yatağından 25 kilometr şimal-şərqdə yerləşir. Yataqdakı qaz ehtiyatları 350 milyard kubmetr, kondensatlar isə 45 milyon ton həcmində dəyərləndirilir”, - baş menecer əlavə edib.
O qeyd edib ki, lüləli qiymətləndirmə quyusu Heydər Əliyev adına 6-cı nəsil yarımsəviyyəli qazma qurğusu tərəfindən qazılır. İşlərin 2019-cu ilin oktyabrında yekunlaşdırılması planlaşdırılır.
A.Kərimov bundan əvvəlki rekord sayılan “Şahdəniz” yatağında 2008-ci ildə qazılmış SDX4 (7 min 300 metr) quyusundan da danışıb. O əlavə edib ki, həmin vaxt da qazma işlərində “Schlumberger” şirkətinin texnologiyalarından istifadə edilib.
Nəzrin Abbaszadə
Emtv.az