18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Çelsi"nin Bakı zəfəri "Lion" və "Başakşəhər"i sevindirdi
![]()
"Çelsi"nin Avroliqanın qalibi olması "Lion" və "Başakşəhər"in işinə yarayıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Maurisio Sarrinin komandasının finalda "Arsenal"a üzərində qələbə (4:1) qazanması ən çox "Lion"a kömək olub. Fransa Liqasında cari mövsümün üçüncüsü Çempionlar Liqasında mübarizəyə 3-cü təsnifat mərhələsində deyil, birbaşa qrupdan başlayacaq.
Belə ki, UEFA-nın mövcud qaydalarına əsasən, Avropa Liqasının qalibi olan komanda növbəti mövsümdən birbaşa Çempionlar Liqasının qrupunda iştirak hüququ qazanır. "Çelsi" İngiltərə Premyer Liqasındakı nəticəsinə görə ÇL-in qrupunda oynamaq hüququnu təmin etdiyi üçün boşalmış bu vəsiqə UEFA reytinqində 5-ci olan ölkənin - Fransa çempionatının 3-cüsü "Lion"a verilib.
Həmçinin Türkiyə Superliqasını 2-ci pillədə tamamlayan "Başakşəhər" isə ÇL-ə 2 yox, 3-cü təsnifat mərhələsindən qatılacaq. İstanbul təmsilçisi bu mərhələdə məhz "Lion"u əvəz edəcək.
Aynurə Kərimova
Emtv.az