18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək
Oktyabrın 2-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start verilir.
Emtv.az xəbər verir ki, E qrupunda yer alan Almaniyanın “Bavariya” klubu “Alyanz Arena”da Hollandiyanın “Ayaks” komandasını qəbul edəcək. Portuqaliya çempionu “Benfika” isə səfərdə Yunanıstanın AEK klubunun qonağı olacaq.
İlk turda “Ayaks” doğma meydanda AEK-ı (3:0), “Bavariya” isə səfərdə “Benfika”nı məğlub edib (2:0).
F qrupunda yer alan Almaniyanın “Hoffenhaym” klubu doğma meydanda İngiltərə çempionu “Mançester Siti” komandasını qəbul edəcək. Qrupun digər qarşılaşması Fransada oynanılacaq. “Lion” Ukraynanın “Şaktyor” klubunu qəbul edəcək. İkinci turda “Mançester Siti” qalib gəlməyə çalışacaq, çünki ilk turda doğma meydanda “Lion”a gözlənilmədən məğlub olub (2:1). “Şaktyor” – “Hoffenhaym” oyununda isə qalib müəyyənləşməyib (2:2).
UEFA Çempionlar Liqasının son qalibi İspaniyanın “Real Madrid” klubu G qrupunda səfərdə Rusiyanın MOİK komandasının qonağı olacaq. İtaliyanın “Roma” klubu isə doğma meydanda “Olimpiko” stadionunda Çexiya təmsilçisi “Viktoriya Plzen” klubunu qəbul edəcək.
İlk turda “Viktoriya Plzen” klubu ilə sonuncu dəqiqələrdə vurduğu qolla MOİK 2:2 hesabı ilə heç-heçə edib, “Real Madrid” isə “Santyaqo Bernabeo” stadionunda “Roma”nın qapısından üç cavabsız top keçirib.
H qrupunda yer alan İtaliyanın “Yuventus” klubu doğma meydanda İsveçrənin “Yanq Boyz” klubu ilə münasibətlərə aydınlıq gətirəcək. Qrupun digər qarşılaşması isə İngiltərədə baş tutacaq. “Mançester Yunayted” İspaniyanın “Valensiya” klubunu qəbul edəcək.
UEFA Çempionlar Liqasının ilk turunda “Yuventus” klubu səfərdə “Valensiya” ilə oyunda 29-ci dəqiqədə əsas qol silahı sayilan Kriştianu Ronaldusuz qalıb. Buna baxmayaraq rəqibin qapısından iki cavabsız top keçirdib. “Mançester Yunayted” isə səfərdə “Yanq Boyz” klubu üzərində böyük hesablı qələbə qazanıb (3:0).
Qeyd edək ki, “Hoffenhaym” – “Mançester Siti” və “Yuventus” – “Yanq Boyz” oyunu Bakı vaxtı ilə saat 20:55-də, digər qarşılaşmalar isə saat 23:00-da başlayacaq.
İsmayil İsmayilov
Emtv.az