17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
"Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli və davamlı həllinə dair Fransanın öhdəliyini bir daha vurğulayıram"-Makron
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, təbrikdə deyilir:
"Cənab Prezident. Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, eləcə də rifah və xoşbəxtlik arzularımı çatdırıram.
Əmin ola bilərsiniz ki, Azərbaycan, Fransa və Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsini, xüsusilə Sizin və Birinci vitse-prezidentin, bildiyim qədər, yaxından diqqət yetirdiyiniz səhiyyə və ətraf mühit sahələrində qarşıya çıxan çətinliklərin aradan qaldırılması istiqamətində birgə təşəbbüslərimizin daha çox olmasını görmək arzusundayam.
Həmçinin icazə verin, Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli və davamlı həllinə dair Fransanın qətiyyətli, tam və qərəzsiz öhdəliyini bir daha vurğulayım.
Cənab Prezident, məmnuniyyətlə Bakıda tezliklə yenidən görüşəcəyimizə ümid edir, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Sevinc Əlimova
Emtv.az