17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İlham Əliyevə təbriklər gəlməkdə davam edir
İspaniyanın Baş naziri Mariano Rahoy Brey Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Emtv.az-ın xəbərinə görə, təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İspaniya hökuməti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Sizə prezidentliyinizin yeni dönəmində daha böyük uğurlar arzu edirəm. Zati-aliləri, Sizi əmin edirəm ki, İspaniya ölkələrimiz arasındakı yaxşı və səmimi münasibətlərin daha da dərinləşdirilməsi, eləcə də Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
Cənab Prezident, ən xoş arzularımı və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
Çex Respublikasının Prezidenti Miloş Zeman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Emtv.az-ın xəbərinə görə, təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident.
İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim.
Mən çox şadam ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanan əlaqələr səmimi və davamlı xarakter daşıyır, müsbət istiqamətdə inkişaf etməkdədir. Bununla bərabər, hər iki tərəf üçün iqtisadi sahəni inkişaf etdirməyə imkan verəcək yaxşı perspektivlər mövcuddur. Buna görə də əminəm ki, yeni mandatınız dövründə mövcud layihələrin həyata keçirilməsi işinə birgə töhfə verəcək və yeni layihələrə imza atacağıq.
Azərbaycan yalnız ikitərəfli sahədə mühüm tərəfdaş deyildir. İnanıram ki, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi bundan sonra da davam edəcəkdir. Həmçinin Çex Respublikasının da təşəbbüskarı olduğu və qonşuluğumuzdakı ən yaxın tərəfdaşlarımızla münasibətlərin inkişafı üçün əvvəllər olduğu kimi, dost və faydalı format olaraq dəyərləndirdiyimiz Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq üçün də perspektivlər vardır.
Mən 2015-ci ilin sentyabr ayında Bakıda dövlət səfərində olmağımı böyük məmnuniyyət hissi ilə xatırlayıram. Eləcə də daha öncəki dəvətimi təkrar xatırladaraq Sizin Praqaya səfərinizi gözlədiyimi bildirmək istəyirəm.
Hörmətli cənab Prezident, seçkilərdəki qələbəniz münasibətilə Zati-alinizi bir daha təbrik edir, Sizə, yaxınlarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram”.
Emtv.az